SEÇKİ - 2013

“Müsavat və Liberal Partiyası arasında müəyyən məsələlərdə fikir ayrılığı var”

 

“Müsavat və Liberal Partiyası arasında müəyyən məsələlərdə fikir ayrılığı var”

 

“Hesab edirəm ki, Müsavat və Liberal Partiyası arasında ciddi ittihamlar yoxdur. Sadəcə, müəyyən məsələlərdə fikir ayrılığı var və bunlar da yoluna qoyulacaq”. Bunu APA-ya açıqlamasında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli son günlər Müsavat və Azərbaycan Liberal Partiyası (ALP) arasındakı qarşılıqlı ittihamlara münasibət bildirərkən deyib.

 

C.Həsənli qeyd edib ki, Milli Şuraya daxil olan təşkilatlar arasında narazılığı aradan qaldırmaq üçün sözügedən təşkilatların rəhbərliyi ilə görüşlər keçirib. Onun sözlərinə görə, yaxın vaxtlarda ALP rəhbərliyi ilə də bu tip görüşlərin keçirilməsi nəzərdə tutulur: “Dünən “EL” Hərəkatının rəhbərliyi ilə, bundan əvvəl Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə görüşümüz olub. Yaxın vaxtlarda isə ALP rəhbərliyi ilə görüşəcəyəm. Bu barədə partiya rəhbərliyini məlumatlandırmışam. Görüşdə seçkiqabağı vəziyyətlə yanaşı, Milli Şuradakı məsələlər barədə də müzakirə aparacağıq”.

Tarix: 8-09-2013, 01:29 | Oxunub: 284 dəfə | Kateqoriya:Xəbərlər