SEÇKİ - 2013

Prezident seçkilərində müşahidə aparmaq istəyən 2500 nəfər MSK-ya müraciət edib

 

Prezident seçkilərində müşahidə aparmaq istəyən 2500 nəfər MSK-ya müraciət edib

 

“Bu günə olan məlumata əsasən, müşahidə aparmaq istəyən 2500-dən artıq şəxsin müraciəti MSK-ya daxil olub”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.

 

O bildirib ki, onlardan 1296-sı ölkə üzrə, 1221-i dairələr üzrə müşahidə aparmaq istəyən şəxslərdir.


M.Pənahovun sözlərinə görə, bütün bunlar seçkilərə münasibətin fəal olmasının göstəricisidir: “Artıq seçici siyahıları hazırlanaraq, məntəqələrə təhvil verilib. Onların diqqətinə çatdırılıb ki, seçici siyahıları lazımi yerlərdə asılsın”.


M.Pənahov əlavə edib ki, ilk dəfə səsvermədə iştirak edəcək Azərbaycan vətəndaşları ilə bağlı layihənin həyata keçirilməsi də nəzərdə tutulub.

Tarix: 4-09-2013, 01:45 | Oxunub: 217 dəfə | Kateqoriya:Xəbərlər