SEÇKİ - 2013

YAP bütün seçki dairələrində müşahidə aparacaq nümayəndələrinin siyahısını MSK-ya təqdim edib

 

YAP bütün seçki dairələrində müşahidə aparacaq nümayəndələrinin siyahısını MSK-ya təqdim edib

 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bu il oktyabr ayının 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərini müşahidə etmək üçün ölkənin bütün ərazisi üzrə müşahidə aparacaq 300-dən yuxarı nümayəndəsinin siyahısını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. YAP-dan APA-ya verilən məlumata görə, müşahidəçilər bu qurum tərəfindən müvafiq sənədlə təmin ediliblər.

 

Həmçinin, YAP tərəfindən 125 seçki dairəsinin hər birinə bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səs hüquqlu üzv təyin edilib. Onlar da dairə seçki komissiyaları tərəfindən müvafiq sənədlərlə təmin ediliblər. Bundan əlavə, Seçki Məcəlləsinə uyğun olaraq YAP tərəfindən 5273 seçki məntəqəsinin hər birinə 5273 nəfər məşvərətçi səs hüquqlu və 5273 nəfər müşahidəçi təyin edilib.

Tarix: 5-09-2013, 22:31 | Oxunub: 253 dəfə | Kateqoriya:Xəbərlər