SEÇKİ - 2013

Məhkəmə Rüstəm İbrahimbəyovun MSK-ya qarşı şikayətini təmin etməyib

 

Məhkəmə Rüstəm İbrahimbəyovun MSK-ya qarşı şikayətini təmin etməyib
Bu gün Bakı Apellyasiya Məhkəməsində Rüstəm İbrahimovun Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı şikayəti əsasında məhkəmə prosesi keçirilib.


Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd edək ki, MSK R. İbrahimbəyovun prezidentliyə namizədliyini qeydə almayıb. Buna əsas səbəb kimi isə onun Rusiya vətəndaşı olması əsas götürülüb. Həmin qərardan narazı qalan R. İbrahimbəyov isə MSK-ya qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Ərizədə qərarın ləğvi istənilib.

Tarix: 31-08-2013, 04:17 | Oxunub: 299 dəfə | Kateqoriya:Xəbərlər