SEÇKİ - 2013

İsa Qəmbər prezidentliyə namizədlikdən geri çəkilib

 

İsa Qəmbər prezidentliyə namizədlikdən geri çəkilib

 

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.

 

Sonra ictimai-siyasi vəziyyət müzakirə olunub.

 

Toplantıda Milli Şuranın son toplantısında Müsavat Partiyasının da təşəbbüsü və iştirakı ilə professor Cəmil Həsənlinin yeni vahid namizəd kimi irəli sürülməsi ilə bağlı yaranmış siyasi situasiya müzakirə edilib. Divan partiyanın son Məclisinin ona verdiyi səlahiyyətlərə əsaslanaraq, Milli Şuranın prezident seçkilərində vahid namizədlə iştirak etməsinin məqsədəuyğunluğunu və İsa Qəmbərin təklifini nəzərə alaraq növbəti prezident seçkilərində Cəmil Həsənlinin namizədliyini müdafiə etmək, bütün partiya strukturlarının, o cümlədən partiyanın Mərkəzi Seçki Qərargahının fəaliyyətini bu istiqamətə yönəltmək barədə qərar qəbul edib.

 

Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə APA-ya açıqlamasında bildirib ki, Divanın yığıncağında partiyanın başqanı İsa Qəmbər prezidentliyə namizədlikdən geri çəkildiyini bəyan edib. Bu səbəbdən də Divan partiya Məclisinin 2013-cü il yanvarın 4-dəki iclasının qərarını qüvvədən düşmüş hesab edib.

Tarix: 27-08-2013, 02:14 | Oxunub: 304 dəfə | Kateqoriya:Xəbərlər