SEÇKİ - 2013

İctimai Palata kütləvi aksiyalar məsələsini gündəlikdən çıxarıb

 

İctimai Palata kütləvi aksiyalar məsələsini gündəlikdən çıxarıb

 

İctimai Palatanın kütləvi aksiyaların keçirilməsi barədə müzakirələri Koordinasiya Şurasının gündəliyindən çıxarılıb.
 
Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamal deyib.
 
V.Mirkamal bildirib ki, Milli Şuranın yaradılması prosesi ilə bağlı İP kütləvi aksiyaların keçirilməsi barədə müzakirələri dayandırıb: “Hazırda ictimai-siyasi sakitlik hökm sürür. Bu da Milli Şuranın yaradılması istiqamətində aparılan danışıqlar prosesi ilə əlaqədardır. Ona görə biz də gözləyirik ki, Milli Şura yaranandan sonra digər tədbirlərimizi həyata keçirək”.
 
Qeyd edək ki, İP KŞ kütləvi aksiyalar keçirəcəyini və bununla bağlı müzakirələr aparıldığını bəyan edib.

 

Apa.az

Tarix: 23-05-2013, 21:55 | Oxunub: 252 dəfə | Kateqoriya:Xəbərlər