SEÇKİ - 2013

Məzahir Pənahov Cəmil Həsənlinin sənədlərinin MSK-ya daxil olduğunu açıqlayıb

 

Məzahir Pənahov Cəmil Həsənlinin sənədlərinin MSK-ya daxil olduğunu açıqlayıb

 

Daha iki nəfər namizədliyinin təsdiq olunması üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

 

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib ki, bu gün Demokratik Qüvvələrin Milli Şurası Təşəbbüs Qrupu tərəfindən Cəmil Həsənlinin və “Yeni islahatçılar” Təşəbbüs Qrupu tərəfindən Ağaverdi Əlisa Hacıyevin sənədləri MSK-ya təqdim olunub.

 

M. Pənahov qeyd edib ki, seçkilərdə müşahidə aparmaq üçün 139 müraciət daxil olub.

Tarix: 24-08-2013, 23:46 | Oxunub: 281 dəfə | Kateqoriya:Xəbərlər