SEÇKİ - 2013

“Gördüyü işlər İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirməyə imkan verir”

 

“Gördüyü işlər İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirməyə imkan verir”

 

“Azərbaycanın dünyada tutduğu mövqe, inkişafı prezident İlham Əliyevin alternativi olmayan lider kimi dəyərləndirilməsinə əsas yaradır”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü ilə dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.


R. Rzayev bildirib ki, prezident İlham Əliyevin daim xalqın, dövlətin maraqlarından çıxış etməsi, Azərbaycan xalqının qarşısında gördüyü işlər onu alternativsiz lider kimi dəyərləndirməyə imkan verir.

R. Rzayev deyib ki, Azərbaycan xalqı tarixi, ciddi siyasi hadisə qarşısındadır: “Bu siyasi hadisə ilə Azərbaycan xalqı gələcəyini müəyyənləşdirəcək. Bu mənada hər bir azərbaycanlı gələcəyini, tarixini düşünərək, seçimini etməli, bununla da Azərbaycanın gələcək inkişafına öz töhfəsini verməlidir”.

Ali Məhkəmənin sədri bildirib ki, xalq öz dövlət başçısını açıq və bərabər sürətdə iradəsini ifadə edərək seçəcək: "Biz əminik ki, bu ilin oktyabr ayında nəzərdə tutulan seçkilər tam demokratik, ədalətli şəkildə seçiləcək və Azərbaycan xalqı da öz iradəsini bildirəcək".

Tarix: 1-08-2013, 01:54 | Oxunub: 303 dəfə | Kateqoriya:Xəbərlər