SEÇKİ - 2013

“Milli Şurada ehtiyat namizəd məsələsinin müzakirəsinə ehtiyac yoxdur”

 

“Milli Şurada ehtiyat namizəd məsələsinin müzakirəsinə ehtiyac yoxdur”

 

“Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmaq şansı hələ tükənməyib”

Bakı. Etibar Məmmədov-APA. “Milli Şurada ehtiyat namizədin müzakirəsinə ehtiyac yoxdur. Çünki Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmaq şansı hələ tükənməyib”.

 

Bu açıqlamanı APA-ya Milli Şuranın üzvü (MŞ), Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan verib.

 

Əvəz Temirxan qeyd edib ki, Milli Şura Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması prosesinin sürətləndirilməsi üçün səy göstərməlidir. Onun sözlərinə görə, Mili Şuranın Tiflisdə keçirilən toplantısında ehtiyat namizədlə bağlı müzakirələr aparılmayıb: “Tiflisdə vahid namizəddən əlavə ehtiyat namizəd məsələsi müzakirə olunmayıb. Hesab edirəm ki, bu, doğru addımdır. Milli Şura seçkilərdə yalnız Rüstəm İbrahimbəyovla iştirak etməlidir”.

 

Ə. Temirxan Milli Şuranın R. İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması prosesini sürətləndirmək üçün Rusiya prezidenti Vladimir Putinə müraciətinə də münasibət bildirib: “Rusiyadan asılı olacaq hər hansı məsələ varsa, bununla bağlı müraciət təbii və normal qəbul edilməlidir”.

Tarix: 31-07-2013, 23:48 | Oxunub: 238 dəfə | Kateqoriya:Xəbərlər