SEÇKİ - 2013

“Rüstəm İbrahimbəyov özünü “ələkeçməz Co” kimi aparır”

 

“Rüstəm İbrahimbəyov özünü “ələkeçməz Co” kimi aparır”

 

“Mən Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı olduğunu deyəndə, o açıq mətnlə cavab vermişdi ki, bu, yalandır və mənim heç vaxt Rusiya vətəndaşlığım olmayıb. İddiasına görə, guya onun yalnız  SSRİ və Azərbaycan vətəndaşlığı olub. Yəni, indi baş verənlər göstərir ki, Rüstəm İbrahimbəyov yalan danışır”. Bu açıqlamanı APA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə verib.

 

A. Əlizadə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmamasına münasibət bildirərkən qeyd edib ki, R. İbrahimbəyov elə hesab edir ki, Azərbaycana gələn kimi iqtidar ondan qorxacaq və onu həbs edəcək: “Amma heç kimin onu həbs etmək fikri yoxdur. O bir növ özünü “ələkeçməz Co” kimi aparır. Amerikada bir kişi olur və hamıya sataşır. Sonra bir nəfər oruşur ki, onu niyə ələ keçirə bilmirlər? Cavabında isə deyirlər ki, çünki o heç kimə lazım deyil. Rüstəm İbrahimbəyov da elə bilir ki, kinossenari yazır və özünə hörmət qazanır. Kinoda belə şeylər olur. Amma bu yolla cəmiyyətdə hörmətini itirdiyini heç cür anlamır”.

 

ASDP sədri Milli Şuranın R. İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı Vladimir Putinə müraciət etməyə hazırlaşmasına da münasibət bildirib: “Bununla Milli Şura  öz səviyyəsizliyini göstərir. Yəni, hər hansı bir ölkənin müxalifəti ayrı bir ölkənin başçısına müraciət edir ki, bizim liderimizi Rusiya vətəndaşlığından çıxart ki, o prezident seçkilərində iştirak edə bilsin. Amma bir məsələni unudurlar ki, Azərbaycan Konstitusiyasına görə, Rüstəm İbrahimbəyov azı 6 ay bundan qabaq Rusiya vətəndaşlığından imtina etməli idi”.

 

Apa.az

Tarix: 31-07-2013, 21:31 | Oxunub: 288 dəfə | Kateqoriya:Xəbərlər