 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Parlament seçkiləri ilə əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirmək məqsədilə görüşləri davam etdirir. Növbəti görüş AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Siyasi Məsələlər üzrə Mütəxəssisi Manfredas Limantas arasında keçirilmişdir. Görüşdə ölkədəki ictimai - siyasi vəziyyət, beynəlxalq təşkilatlarla əməkdaşlıq, seçki qanunvericiliyi, Venetsiya komissiyasının təklifləri, AVCİYA Seçki Qərargahını Parlament seçkiləri ilə əlaqədar gördüyü işlər, assosiasiyanın regional ofislərinin fəaliyyəti və s. məsələlər geniş müzakirə edilib. Görüşdə əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin təşkili və s. məslələr barədə razılıq əldə olunub. AVCİYA-nın Mətbuat Xidməti
|