Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Avqust 2010 (70)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (11)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (3)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Tənqidə dözümsüz amerikalı “demokrat”
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Milli Demokratiya İnstitutu (MDİ) demokratiyanın inkişafına, vətəndaş cəmiyyəti quruculuğuna yaxından dəstək verib. Lakin təəssüf ki, ABŞ Milli Demokratiya İnstitutu bu işi getdikcə daha da inkişaf etdirmək əvəzinə, zaman-zaman zəiflədib, ölkəmizə göndərilən kadrların hazırlıq səviyyəsi əvvəkilərdən fərqlənməyə başlayıb. Bu, ABŞ Milli Demokratiya İnstitutu Bakı ofisinin bu yaxınlarda bələdiyyə seçkiləri ilə bağlı keçirdiyi tədbirdə aydın görünürdü.
Seçkilərlə məşğul olan QHT rəhbərlərinin dəvət olunduğu “Koordinasiya və əməkdaşlıq” mövzusunda 3 saat davam edən tədbir MDİ-nin Bakı ofisinin hansı prinsiplərlə işlədiyini bir daha üzə çıxardı. Dəvətnamədə tədbirin məqsədinin seçki və demokratiya yönümlü təşkilatlarla müzakirə keçirib, seçki sahəsindəki problemləri müəyyənləşdirmək olması qeyd edilmişdi. Lakin tədbir başlayarkən biz tamamilə başqa bir mənzərənin şahidi olduq. Tədbirin gedişində aydın oldu ki, əsas məqsəd ABŞ Milli Demokratiya İnstitutunun fəaliyyətini inhisara almış, bir siyasi təşkilatın təmsilçilərindən ibarət bir neçə QHT-nin koalisiyasını yaradıb, onlara maliyyə dəstəyi verməkdir. Digər QHT-lərin, o cümlədən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) tədbirə dəvət olunması isə gözdən pərdə asmaq üçün qabaqcadan düşünülüb.
ABŞ Milli Demokratiya İnstitutnun Beynəlxalq əlaqələr üzrə direktoru Aryen de Volffun tədbiri açarkən bilərəkdən elə başlanğıcda texniki səhvlər buraxması sonradan ciddi gərginliyə və narahatçılığa səbəb oldu. Tədbirin KİV-in iştirakı olmadan böyük bir binanın zirzəmisində keçirilməsi də xeyli müəmmalı görünürdü.
Tədbirə 18-dən artıq QHT nümayəndəsi dəvət olunduğundan onun yüksək səviyyədə keçiriməsi üçün bütün işlərin qabaqcadan planlaşdırılmasına ehtiyac olduğu halda, təəssüf ki, bu işlər görülməmişdi. Çıxışlar üçün reqlamentin müəyyən olunmaması isə sonrada bir sıra narazılıqların və mübahisələrin yaranmasına səbəb oldu. Tədbir başlanandan sonra aparıcı növbə ilə bütün iştirakçiların seçkilə bağlı təmsil etdikləri QHT-nin gördüyü işlər barədə məlumat verməsinin zəruri olduğunu bildirdi. Sol tərəfdə əyləşən 9 nəfər danışdıqdan sonra fasilə elan olundu. Bir məsələni də qeyd etmək lazımdır ki, həmin 9 nəfərin içərisində bəzi QHT-lər seçki ilə məşğul olmadığından yalnız ümumi sözlər deməklə kifayətləndilər. Onların bəzilərinin bu il yaranması və heç bir təcrübəyə malik olmamalarına baxmayaraq tədbirə dəvət olunmaları da müəmmalı idi.
Fasilədən sonra vaxtı düzgün idarə edə bilməyən aparıcının digər 9 nəfərin çıxışına ehtiyac olmadığını bildirməsi həmin şəxslərə hörmətsizlikdən başqa bir şey deyildi. Buna etiraz edildikdə Aryen de Volff kobud şəkildə “kiminsə nəsə qeyri-adi fikri varsa, çox qısa danışsın” deməklə vəziyyəti daha da gərginləşdirdi. Sanki o, bununla bildirmək istəyirdi ki, mənə lazım olanlar çıxışlar edilib, digərlərinin fikirləri mənim üçün maraqsızdır.
Bundan sonra Aryen de Volff söz istəyənlərə nəzər yetirərək yenə də onlardan yalnız öz inhisarında olan QHT nümayəndələrinə söz verməkdə davam etdi. Dəvət olunanlara qarşı açıq aydın nümayiş etdirilən bu ayrıseçkilik həmin şəxsin demokratik idarəçilikdən və dəyərlərdən uzaq olmasını sübut edirdi.
Çox çətinlikdən sonra bizə də könülsüz söz verməyə məcbur olan aparıcının tənqidə dözümsüzlüyü də üzə çıxdı. Çıxışımızda ABŞ Milli Demokratiya İnstitutnun Bakı ofisi ilə 1997-ci ildən əməkdaşlıq etdiyimizi, 2000-ci ildə institutun layihəsi əsasında Polşanın seçki təçrübəsini öyrəndiyimizi, əvvəlki illərdə ofisin rəhbərləri olmuş Adam Sabat, Tomm Barri, Piter Van-Praq və başqaları ilə çoxlu sayda tədbirlər keçirdiyimizi və o zaman xoş münasibətlərdə olduğumuzu aparıcının nəzərinə çatdırdıq. Son illər ABŞ Milli Demokratiya İnstitutnun Bakı ofisinin işinin zəif olması, yeni rəhbərliyin əməkdaşlıqla bağlı əvvəlki işləri davam ertdirməməsi, digər beynəlxalq institutlardan fərqli olaraq 2008-ci il prezident seçkiləri ərəfəsi əməkdaşla bağlı təkliflərə etinasız yanaşmasını etik normalar çərçivəsində tənqid etdik. Bundan sonra AVCİYA-nın bələdiyyə seçkiləri ilə əlaqədar fəaliyyətinin qısa şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdıq. Sonda isə əməkdaşlığın genişləndirilməsi üçün öz tövsiyələrimizi verdik. Aryen de Volff bu tənqidlərə demokrat kimi deyil, kəskin reaksiya verməsi hamının təəccübünə səbəb oldu. O, konkret tənqid olunan məsələyə münasibət bildirmək əvəzinə, döyüşkən vəziyyəti alaraq “Bizə demokratiya dərsi keçməyin, əgər tənqidi fikirləri davam etdirmək istəyirsinizsə, buna imkan verilməyəcək, əks halda zalı tərk etməli olacaqsız”. Onun cavabında “Siz tənqidə dözümlü olmalısınız, sizdə toleratlıq olmalıdır, buradakı gənclərə nümunə göstərməliziniz. Axı siz özünüzü demokrat hesab edirsiniz” dedikdə, hərəkətləri ilə onda bu keyfiyyətlərin heç birinin olmadığını büruzə verdi.
Çox təssüf ki, həmin tədbirdə iştirak edən, insan haqlarından gen-bol danışan, çoxlu sayda layihələr həyata keçirən QHT rəhbərlərinin heç biri amerikalının bu hərəkətinə heç bir reaksiya vermədi. Çünki həmin anda onları insan haqları, demokratiya, Azərbaycan vətəndaşı deyil, ABŞ Milli Demokratiya İnstitutnun yaradacağı koalisiyaya daxil olmaq və oradan hansısa payı ələ keçirmək düşündürürdü. Onlardan bəzilərinin sonradan mənə yaxınlaşaraq tərcüməçinin fikrləri təhrif etdiyini, gələn dəfə belə vəziyyət yaranarsa, zalı tərk edəcəklərini bildirməsi isə gəlişi gözəl sözlərdən başqa bir şey deyildi.
Uzun illər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş, ABŞ Respublikaçılar İnstitutunun Seçki Kampaniyası Akademiyasının məzunu kimi bu tədbirdə bir daha əmin oldum ki, ABŞ Milli Demokratiya İnstitutnun Azərbaycanda hazırkı fəaliyyəti demokratiyanın inkişafına dəstək vermək deyil, qeyri-şəfaf, inhisarçı fəaliyyətlə ofis rəhbərliyinin şəxsi mənafeyinin təmininə yönəlib. Məhz ona görə də hətta azacıq tənqidə belə imkan verilmir, tənqidi fikir zorakılıqla qarşılanır.
Cənab Aryen de Volff hər şeydən əvvəl bilməlidir ki, Azərbaycanın XIX əsrin ikinci yarsından başlayaraq bu günə qədər gəlib çatan demokratik ənənələri, mübarizələrlə dolu 3 min ildən artıq dövlətçilik tarixi var. Əgər o, Azərbaycana gələrkən heç olmasa ölkəmizin tarixi, milli adət-ənənəsi, onun ziyalı potensialı haqqında məlumat əldə etsəydi, bilərdi ki, Azərbaycan vətəndaşlarında olan dözümlülük, tolerantlıq, milli qurur hissi çox güclüdür. Cənab Aryen de Volff ətrafına onu tənqid etməyi ağıllarına belə gətirməyən, dolayı yolla verdiyi qrantlardan bəhrələnən insanlar topladığından əsl Azərbaycan vətəndaşı haqqında təsəvvürü yox dərəcəsindədir.
Aryen de Volffun bizə müraciətlə bildiriyi “bizə demokratiya dərsi keçməyin” fikrinə gəldikdə isə bildiririk ki, biz artıq 30 ildən artıqdır gənc nəsilə demokratiya dərsi deməklə Azərbaycan dövlətinə xidmət edirik. Onun kimi özünü ictimai yerlərdə apara bilməyən, insanlarla davranışında etik normaları kobud surətdə pozan, vətəndaşlar arasında ayrıseçkilik salan bir şəxsə isə həm demokratiya, həmdə mərifət dərsi keçməyə həmişə hazırıq. Sonda onu da bildiririk ki, ABŞ Milli Demokratiya İnstitutu Mərkəzi ofisinin Aryen de Volff kimi şəxslərin fəaliyyətini nəzərdən keçirib qiymət verməsinin vaxtı çoxdan çatıb. Çünki onun kimi şəxslərin fəaliyyəti ABŞ–ın imicinə mənfi təsir göstərir və vətəndaşlarda pis təəssüratlar yaradır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bildirir ki, Aryen de Volff assosiasiyadan rəsmi üzr istəməyincə ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisi ilə heç bir əməkdaşlıq etməyəcək.


MƏHƏRRƏM ZÜLFÜQARLI AVCİYA Seçki Qərargahının rəhbəri mzulfugarli@gmail.com

www.525.az
Tarix: 4 Dekabr 2009   |  Oxunub: 74 dəfə   |   Kateqoriya: Xəbərlər
Son xəbərlər
31/08/2010 Parlament seçkilərində “Seçkilər” Dövlət İnformasiya Sistemindən istifadə ediləcək
31/08/2010 Azərbaycanın müxalif partiyaları daha beş seçki dairəsi üzrə razılıq əldə ediblər
31/08/2010 SAM parlament seçkilərinə dair təhlili arayışlar hazırlayır
31/08/2010 “Qarabağ”da 9 seçki dairəsi qaldı
31/08/2010 Etibar Məmmədov hələ fikirləşir, sədr qərarını verib
31/08/2010 62 məntəqə yeni otaqlarla təmin olunacaq, 1076-da isə təmir işləri aparılacaqdır
31/08/2010 Müsavat Partiyası daha iki dairədə AXCP-yə güzəştə gedib
30/08/2010 Azərbaycanın Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayacaq
30/08/2010 AŞ PA-nın müşahidəçi missiyası Azərbaycana oktyabrın ikinci yarısında səfər edəcək
30/08/2010 “İslahat” seçki blokunun yaradılmasına dair niyyət protokolu imzalanıb
30/08/2010 Seçkilərlə maraqlanan beynəlxalq qurumların mütərəqqi, konstruktiv fikirləri təqdir olunur
30/08/2010 Azərbaycanda daha bir seçki bloku yaradılıb
30/08/2010 Azərbaycanın müxalifət blokuna daha bir partiya qoşulub
30/08/2010 Azərbaycanın iqtidaryönlü partiyası seçkilərə blok şəklində getmək istəyir
30/08/2010 MSK ATƏT və seçkilərlə maraqlanan digər beynəlxalq təşkilatların fəaliyyətini həmişə izləyir
27/08/2010 Aydınlar Partiyası “Qarabağ” Seçki Blokuna daxil olmaq istəyir
27/08/2010 MSK-nın kurslarında iştirak etmiş DSK sədrlərinə sertifikatlar təqdim olunub
27/08/2010 “deputat.az” portalı fəaliyyətə başlayıb
27/08/2010 DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir
27/08/2010 Seçkilərin demokrartik keçirilməsi üçün polis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək
27/08/2010 YAP ATƏT-in Bakı ofisinin seçkilərlə bağlı tövsiyələrinə mövqeyini açıqlayıb
27/08/2010 Azərbaycanda müxalif “Qarabağ” blokunun qərargahı yaradılıb
27/08/2010 MDB-nin PA Parlament seçkilərini müşahidə etməyə hazırlaşır
26/08/2010 ATƏT-in Bakı Ofisi parlament seçkilərinin işıqlandırılmasına dair tövsiyələr hazırlayıb
26/08/2010 DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir
26/08/2010 Sual-cavab
26/08/2010 Seçki komissiyalarının formalaşdırılmasında müxtəlif ölkələrin təcrübəsi
26/08/2010 Müsəlman Şərqinin ilk parlamentinin vətəni Azərbaycandır
26/08/2010 İlyas İsmayılov: “Azərbaycanda seçkilərin monitorinqinə ehtiyac var”
26/08/2010 Majoritar sistem Azərbaycan reallığına daha uyğundur
26/08/2010 Venetsiya Komissiyasının milli QHT-lərlə əməkdaşlığı zəruridir
26/08/2010 MSK deputatlığa namizədlərin pulsuz efir vaxtının uzadılması məsələsinə münasibət bildirib
26/08/2010 Rüstəm Usubov DSK sədrlərinə tövsiyə edib
26/08/2010 Azərbaycan demokratiya yolunda inamla irəliləyir
26/08/2010 AXCP və Müsavat daha iki dairədə vahid namizəd barədə razılığa gəliblər
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net