|
Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq yeni seçki bloku yaradacaq.
"Biz artıq gələn il keçiriləcək parlament seçkilərinə hazırlığa start vermişik", - çərşənbə axşamı Trend News-a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
Trend News-un arayışı: Azərbaycanda parlamnent seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Bundan əvvəlki seçki 2005-ci il noyabrın 6-da keçirilib.
Orucun sözlərinə görə, parlament seçkiləri ilə bağlı artıq Seçki Qərargahı da yaradılıb. "İndi əsas vəzifəmiz bütün dairələr üzrə irəli sürəcəyimiz namizədlərin siyahısını hazırlamaqdır. Biz cəmiyyətdə tanınan ziyalıların ittifaqın yaradacağı blokun vahid namizədlərinin siyahısında təmsil olunmalarına da çalışacağıq", - partiya sədri əlavə edib.
Onun fikrincə, DUİ-nin hər hansı digər partiya ilə birgə seçkilərdə iştirak etmək məsələsi artıq gündəmdə deyil. "Bir sıra partiya hələ də ana müxalifət iddiasındadır. Ona görə də imkanlarından daha çox şey arzulayan həmin partiyalarla birlikdə seçkiyə getməyimiz mümkün deyil", - Oruc vurğulayıb.
Azadlıq Partiyasının sədri deyib ki, ittifaqın parlament seçkilərində blok kimi iştirakı məsələsi də həll olunub. "İlkin müzakirələr zamanı blokun "Azadlıq" adlandırılması təklifi bəyənilib. Biz düşünürük ki, eyni adlı blok olsa da, ötən parlament seçkilərində həmin qurumu yaradanlar bu adı doğrultmayıblar", - Oruc xatırladıb.
Dåmîkràtiyà Uğrunda İttifàqı 2005-ci il parlamånt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yàràdıb. 2008-ci il såntyàbrın əvvəllərində Böyük Azərbàycàn, nîyàbr àyındà isə Õàlq pàrtiyàlàrı DUİ-yə üzv qəbul îlunub. İttifàq bu pàrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. Oktyabr ayında Milli Demokratiya Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması haqda qərar verilib.
trend.az
|