|
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması davam edir. Noyabrın 9-dək 1718 bələdiyyə üzrə 32 min 933 nəfərin namizədliyi təsdiq edilmişdir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, namizədliyi təsdiqlənmiş şəxslərin 32 min 86 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərdən 27 min 53 nəfəri isə namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri seçki sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim etmişlər. Artıq 1700 bələdiyyə üzrə 22 851 nəfərin namizədliyi qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 12 min 70 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınmış şəxslərin 4962-si qadınlardır.
www.meduaforum.az
|