|
Məhərrəm Zülfüqarlı: "1600 məntəqədə müşahidə aparacağıq"
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası dekabrın 25-də keçiriləcək bələdiyyə seçkilərində "Exit-poll" keçirəcək. Bunu "OLAYLAR"a açıqlamasında AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib. Onun sözlərinə görə, təmsil olunduğu qurum artıq seçki öncəsi vəziyyətlə bağlı müşahidə aparır. M.Zülfüqarlı 1600 məntəqədə müşahidə aparacaqlarını qeyd edib. olaylar.az
|