|
Qurumun Bakı ofisi 11 siyasi partiya nümayəndəsi üçün seminar keçirib
Dekabrın 23-ə təyin olunan bələdiyyə seçkilərinin beynəlxalq normalara tam uyğun keçirilməsi üçün ATƏT seçki komissiyalarına hər cür yardım etməyə hazırdır. Bu məqsədlə qurumun Bakı ofisi aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində Lənkəranda 11 siyasi partiya nümayəndəsi üçün seminar keçirib. Seminarda müşahidəçilərin seçki günü vəzifələri və hüquqları barədə geniş məlumat verilib. Qeyd olunub ki, müşahidəçilər seçki prosesinə müdaxilə edə bilməz, onlar prosesi yalnız müşahidə etməlidirlər. Bu cür seminarlar Bakı ilə yanaşı, ölkənin 10 regionunda da təşkil olunub. www.itv.az
|