| |
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
|
|
Axtarış |
|
|
|
 |
|
 |
Sorğu |
|
| Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi? |
|
|
 |
|
 |
|
|
|
|
Bələdiyyə üzvünün ali təhsilli olması vacibdirmi?
|
Məhərrəm ZÜLFÜQARLI 02:38 / 23.10.2009
Azərbaycan Respublikası Konstitusiyasına əsasən yerli özünüidarələrin formalaşdırılması 1997-ci ildə nəzərdə tutulmasına baxmayaraq bu işə 1999-cu ilin dekabrından başlandı. 2004-cü il bələdiyyə seçkilərindən sonra Azərbaycanda əhalinin yüz min nəfərinə orta hesabla 34 bələdiyyə düşürdü. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin həddən artıq kiçikölçülü olması və sayının çoxluğu yerli özünüidarə institutunun inkişafına mane olur və inzibati xərclərin artması problemini ortaya çıxarırdı. Faktlar sübut edir ki, bələdiyyələr büdcələrinin orta hesabla 30-40 faizini inzibati xərclərə, yəni yerli idarəetmə orqanlarının saxlanmasına yönəldir. Bələdiyyələr keçən il gəlirlərinin 35 faizini bu istiqamətə sərf etmişlər. Azərbaycanda yerli özünüidarə institutu 10 il fəaliyət göstərməsinə baxmayaraq bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Bunlar əsasən aşağıdakılardır: * Yerli özünüidarənin qanunvericilik bazasının zəif olması; * Bələdiyyə fəaliyyəti ilə bağlı təbliğatın zəif təşkili; * Son illər bələdiyyələrin fəaliyyəti ilə bağlı cinayət faktlarının artması (2008-ci ildə 21 bələdiyyənin fəaliyyəti ilə bağlı cinayət işi başlanıb və bəzi bələdiyyə üzvləri haqqında məhkəmələr müxtəlif müddətlərə həbs haqqında qərar qəbul edib); * Bələdiyyə üzvlərinin təcrübəsizliyi və savad səviyyəsinin aşağı olması. Bələdiyyələrin yerli məsələlərlə bağlı əhəmiyyətli qərarların qəbulu və icrasını təmin edə biləcək hazırlıqlı kadrların çatışmazlığı; * Yerli idarəetmədə paralelliyin mövcud olması, yerli icra hakimiyyətləri və bələdiyyələr qurumlar arasında səlahiyyətlərin dəqiq bölgüsünün aparılmaması; * Bələdiyyələrin müstəqil fəaliyyətinə imkan verilməməsi, onların Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının tələblərinə uyğun səlahiyyətlərə malik olmaması; * Bələdiyyələrin maliyyə imkanlarının zəif olması; * Bələdiyyələrin yerli vergilərin toplanmasında payının cüzi olması; * Şəhər, kənd, qəsəbə bələdiyyə assosiasiyalarının yerli özünüidarə ilə bağlı səmərəli fəaliyyət göstərməmələri və s. Bələdiyyələrin problemlərinin həlli üçün fikrimizcə, ilk növbədə Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının tələblərinə uyğun olaraq onların səlahiyyətləri artırılmalı və bu səlahiyyətlər yalnız onlara aid olmalıdır. Yəni onlara verilən səlahiyyətlər paralel olaraq icra hakimiyyətlərinə və digər qurumlara verilməsinə son qoyulmalıdır. Lakin çox təəssüf ki, problemlərin həlli ilə bağlı rəsmi qurumlardan səslənən təkliflər içində bu məsələ ümumiyyətlə yoxdur. Əvəzində isə “bələdiyyə üzvünün ali təhsilli olması tələbi” artıq bir ilə yaxındır ki, müzakirə olunmaqdadır. Bu təklif ilk dəfə Milli Məclisin komitə sədri Arif Rəhimzadə tərəfindən irəli sürülmüş və bu da hazırda seçki komissiya üzvlərində müəyyən çaşqınlıq yaratmışdı. Bələdiyyə seşkiləri ərəfəsi bəzi seçki komissiyalarının üzvləri namizədliyini irəli sürmək istəyən şəxslərə ali təhsilli olmadıqları üçün onları bundan çəkindirməyə çalışırlar. Bu təklifə hüquqi müstəvidən yanaşdıqda onun “Seçki məcəlləsi”nə zidd olduğu üzə çıxır. Seçki Məcəlləsinin 214.1 maddəsidə qeyd olunur ki, “ Seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. “Bələdiyyələrə üzv seçilmək hüququ” adlanan 212 – ci maddədə isə göstərilir ki, “ Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər”. Göründüyü kimi, bu maddələrdə təhsillə bağlı heç bir müddəa yoxdur. Beynəlxalq təcrübəyə istinad etsək, bu cür tələblər insan haqlarının pozulmasından başqa bir şey deyil. Təhsillə bağlı, tələblə bağlı vətəndaşlar da öz münasibətlərinin inkan düşdükcə bildirirlər. Məsələn, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 12 yanvar 2009 – cu il tarixdə Saatlıda bələdiyyələrlə bağlı keçirdiyi tədbirdə kənd bələdiyyə sədrlərindən biri bu tələbə öz etirazını bildirərək bunu insan haqlarının pozulması kimi dəyərləndirib. O qeyd edib ki, orta təhsilli olmasına baxmayaraq, onun rəhbərlik etdiyi bələdiyyə rayonda ən qabaqcıl bələdiyyələrdən biridir. Sonda onu bildirmək istəyirik ki, bələdiyyələrin fəaliyyətində mövcud problemləri aradan qaldırmaq üçün ciddi islahatlara ehtiyac var. Bunun üçün də bələdiyyə üzvlərinin yerli problemləri həlli sahəsində böyük təcrübəsi, əhali arasında nüfuzu olan bacarıqlı və işgüzar vətəndaşların sırasında seçilməsi məqsədəuyğundur. Onların ali təhsil diplomlarının olub-olmamasının isə məsələyə heç bir dəxli yoxdur.
Məhərrəm ZÜLFÜQARLI AVCİYA Seçki Qərargahının rəhbəri mzulfugarli@gmail.com
|
|
|
|
Son xəbərlər
|
|
|
|
 |
|
 |
|