SEÇKİ - 2013

MSK prezident seçkiləri ilə bağlı təlimatlarını açıqlayıb

 

MSK prezident seçkiləri ilə bağlı təlimatlarını açıqlayıb

 

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı təlimatlarını açıqlayıb.

 

MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlimatda seçkilərdə imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi, namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları və vətəndaşların öz təşəbbüsü, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən prezidentliyə namizədin irəli sürülməsi haqqında qaydalar öz əksini tapıb.

 

Namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi qaydaları da təlimatda göstərilib.

 

Təlimatlarda həmçinin prezidentliyə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, MSK-ya təqdim edilməsi və namizədin qeydə alınması, seçki fondlarında qalan pul vəsaitlərinin geri qaytarılması, ödənişsiz efir vaxtı və dövri nəşrlərdə dərc yerinin ödənilməsi, o cümlədən səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair məqamlar da yer alıb.

 

Azərbaycan Respublikasının hüdudlarından kənarda prezident seçkilərinin təşkili qaydaları da sənəddə göstərilib.

 

Təlimatın ümumi məsələlər bölümündə isə MSK-ya və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması, seçkilərdə namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında, seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə, həmçinin “exit-poll” keçirən təşkilatların akkreditasiyası, hərbi qulluqçuların seçkilərdə (referendumda) iştirakına və digər məsələlərə dair də qərarlar öz əksini tapıb.

Tarix: 6-08-2013, 23:41 | Oxunub: 2216 dəfə | Kateqoriya:MSK xəbərləri