SEÇKİ - 2013

Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib

 

Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib

 

Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Bu barədə bazar ertəsi Trend-ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

 

Trend.az

Tarix: 5-08-2013, 21:05 | Oxunub: 1074 dəfə | Kateqoriya:MSK xəbərləri