ATƏT-in fəaliyyətdə olan Sədrinə
ATƏT-in Parlament Assmbleyasının Prezidentinə
ATƏT-in Parlament Assmbleyasının üzvlərinə
ATƏT –in üzünmüddətli müşahidə missiyasının rəhbərinə
Avropa Şurasının müşahidə missiyasının rəhbərinə
ATƏT və Avropa Şurasının müşahidə missiyalarının bütün üzvlərinə
ATƏT-in Bakı Ofisinin rəhbərinə
Avropa Şurasının Bakı Ofisinin rəhbərinəMÜRACİƏTAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2008 – ci il prezident seçkiləri ilə əlaqədar Respublika üzrə fəaliyyət göstərən 5148 məntəqədə müşahidəni təşkil edib. AVCİYA Seçki Qərargahı iyul ayından başlayaraq ölkənin bütün regionlarında, o cümlədən Bakı şəhərinin 11 rayonunda müşahidəçilər üçün treniqlər keçirib. Treniqlərdə Seçki Qərərgahının hazırladığı çap materialları, seçki günü istifadə üçün lazım olan vəsaitlər müşahidəçilərə təqdim edilib. ATƏT-in uzunmüddətli müşahidə missiyası Bakı şəhərində 13 oktyabr 2008 – ci il tarixdə təşkil etdiyi yığıncağa heç bir hüquqi statusu olmayan Seçki Monitorinq Mərkəzi kimi bir qurumu dəvət etməsi və onunla əməkdaşlıq əlaqələri yaratması ATƏT-in üzün müddətli müşahidə missiyasının seçki günü obyektiv müşahidə aparacağına şübhə yaradır. ATƏT – in uzunmüddətli müşahidə missiyası seçkilərin müşahidəsi ilə bağlı ölkədə fəaliyyət göstərən və fəaliyyəti səffaf olan nüfuzlu QHT – lərlə deyil, həmin saxta qurumala əməkdaşlığa üstünlük verməsi sübut edir ki, seçkilərin necə keçməsindən asılı olmayaraq bu təşkilat seçkilərin nəticələri ilə bağlı obyektiv mövqe tutmayacaq. Fikrimizcə bu cür mövqe seçkilərdən sonra Azərbaycan Respublikasına hansısa təzyiqlər üçün əsaslar yaratmağa hesablanıb. Ölkədə ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün böyük əmək sərf edən, regionlarda seçicilərin fəallığının artırılmasında vətəndaşlara təmənnasız xidmət göstərən QHT – lərə ATƏT-in bu cür qeyri-normal münasibəti vətəndaş cəmiyyəti nümayəndələrini ciddi narahat edir. ATƏT-in üzünmüddətli müşahidə missiyası Azərbaycan qanunvericiliyinin, o cümlədən Seçki Məcəlləsinin müddəalarını saymazyana inkar edərək hüquqi statusu olmayan, seçkiləri müşahidə etmək ücün MSK – dan akkreditasiyadan keçməyən Seçki Monitorinq Mərkəzini leqallaşma yolunu tutması Azərbaycanın daxili işlərinə qarışmaqdan başqa bir şey deyil. ATƏT-in üzünmüddətli müşahidə missiyası Azərbaycan qanunlarına hörmətsizliyi demokratik cəmiyyətdə hüququn aliliyi prinsipləri ilə ziddiyyət təşkil edir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı
|