|
Ümid Partiyası 1993-cü ildə təsis edilərək, elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri «Qızıl Qələm» mükafatı laureatı, jurnalist, bir sıra kitabların müəllifi mərhum Əbülfət Əliyev olub. Ümid Partiyasının fəaliyyətində əsaslı dönüş 2002-ci ilin dekabrında Vətəndaş Birliyi Partiyasının Ümid Partiyasına birləşməsindən sonra başlayıb. 2002-ci il dekabrın 15-də Ümid Partiyasının III (I) Qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib.
|