SEÇKİ - 2013

Azərbaycanın keçmiş prezidentinə və onun həyat yoldaşına xüsusi diplomatik status verilir

 

Azərbaycanın keçmiş prezidentinə və onun həyat yoldaşına xüsusi diplomatik status verilir

 

Azərbaycan Prezidentinə məxsus daha bir xüsusi status keçmiş prezidentə və onun həyat yoldaşına verilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun 6-cı maddəsinə dəyişiklik edilir.
 
Maddənin beşinci hissəsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidentinə verildiyi kimi keçmiş prezidentə və onun həyat yoldaşına da ömürlük diplomatik pasport veriləcək. Buna görə dövlət rüsumu da tutulmayacaq.
 
Xatırladaq ki, maddənin qüvvədə olan variantı belədir: “Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisinin sədrinə, Baş nazirinə, Konstitusiya Məhkəməsinin sədrinə, xarici işlər nazirinə isə diplomatik pasport ömürlük verilir. Həmin pasport xaricdə diplomatik immunitetdən istifadə etmək hüququ verir. Bütün səlahiyyətli şəxslər diplomatik pasport sahibinə, həmin pasportda yazılmış şəxslərə sərhədi sərbəst və təhlükəsiz keçməkdə, digər zəruri hallarda kömək və havadarlıq göstərməyə borcludurlar”.
 
Layihə artıq Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Apa.az

Tarix: 9-05-2013, 03:35 | Oxunub: 1029 dəfə | Kateqoriya:Seçkilər haqqında / Qanunvericilik