Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Presidentliyə namizəd İqbal Ağazadənin sosial-iqtisadi platforma tezisləri
Presidentliyə namizəd İqbal Ağazadənin sosial-iqtisadi platforma tezisləriİqbal Ağazadənin sosial-iqtisadi platforma tezisləri

 Büdcə-vergi siyasəti

 Maliyyə-kredit siyasəti

 Sahibkarlığın inkişafı siyasəti

 İnvestisiya siyasəti

 Gömrük və xarici ticarət siyasəti

 Yoxsulluğun azaldılması siyasəti

 Aqrar siyasət

 Neft və qaz gəlirlərindən istifadə siyasəti

 Antikorrupsiya siyasəti

 Məşğulluğun təmin olunması və işsizlik

 Demoqrafik siyasət


Büdcə-vergi siyasəti


Azərbaycanın iqtisadi potensialı kifayər qədər böyükdür. Lakin son illərdə büdcədə kifayət qədər artım templərinə baxmayaraq, hər halda biz hesab edirik ki, ölkənin iqtisadi potensialı mövcud büdcə reallıqlarına uyğun gəlmir. Biz neftsiz büdcəni inkişaf etdirməyə və qeyri-neft sektorundan büdcəyə daxilolmaları artırmaq niyyətindəyik. Ölkə iqtisadiyyatının real imkanları ilə büdcənin ümumi göstəriciləri arasındakı nəzərə çarpacaq ziddiyyətləri yaradan səbəbləri həll etmədən və disproporsional situasiyanı şərtləndirən amilləri aradan qalxmayınca, Azərbaycanının “büdcə güzgüsü” aydın olmayacaq. Bu məqsədə çatmaq üçün aşağıdakı istiqamətdə islahatları vacib hesab edirik:

 Büdcə daxilolmalarında neft sektorunun aparıcı rolunu və büdcənin neft gəlirlərindən asılılığını nəzərə alıb, onun büdcədə rolunun azaldılmasına nail olmalı

 Neft Fondundan büdcəyə ildən-ilə artan transferə (köçürmələrə) qarşı limit tətbiq edilməli

 Hər bir iqtisadi rayonun sosial iqtisadi vəziyyətini real qiymətləndirilməsinə imkan verən vahid monitorinq sisteminin yaradılması

 Büdcə xərclərinin sosial problemlərin həlli istiqamətində artırılması məqsədi ilə “ sənaye, tikint və, faydalı qazıntılar” və dövlət idarəetmə xərclərinin xüsusi çəkisini azaltmalı

 Büdcədən kənar büdcələrin şəffaflığını artırmağa yardım göstərmək

 Gizli iqdisadiyyatın liberallaşdırılması və vergidən yayınma kimi neqativ halların aradan qaldırılması və bu istiqamətdə ciddi tədbirlərin görülməsi

 Dövlətin beynəlxal maliyyə qurumaları qarşısında götürdüyü öhdəliyin yerinə yetirilməsi və büdcə kəsirinin Ümumi Daxili Məhsulun (ÜDM) 3 faiz həcmində saxlanılması

 Xərclərin məqsədli proqramlar üzrə təsnifatı formasında təqdim etməsi məqsədi ilə büdcə xərclərində səmərəlilik və şəffaflıq əmsallarının yüksəldilməsini təmin etmək

 Mərhələli variantlarla artmaqda olan büdcə vəsaitlərindən müxtəlif sosial layihələrin (müharibə veteranları,Sovet banklarında batmış əmanətlərin qaytarılması,elmi işçilərə aşağı dərəcəli ipoteka kreditləri verməklə və s.) maraqları nəzərə alınmaqla büdcədə nəzərə almalı

 Parlament müzakirələrində büdcənin qəbulu və təsdiqi üzərindəki formal müzakirələrin aradan qaldırılması məqsədi ilə və bu prosesə vətəndaş cəmiyyəti insitutlarının və qeyri hökümət təşkilatlarının (QHT) professional mütəxəssislərini dəvət etməli

 Milli Məclisdə “Büdcə Məcəlləsi”nin qəbuluna nail olmalı

 Büdcə vəsaitlərinin bölüşdürülməsi və xərclənməsi zamanı ortaya çıxan rüşvətxorluq və geniş yayılan korrupsiya hallına qarşı kəskin mübarizə aparmaq

 Büdcənin investisiyaya yönəlik xərclərində daha çox korrupsiya hallarının baş verməməsi üçün büdcə xərclərinin təsnifləndirilməsi və qapalı xərc maddələrinin xüsusi çəkisinin azaldılması

 Büdcədən ölkə əhalisi üçün strateji xarakter daşıyan məhsulların istehsalını üzrə ixtisaslaşan yerli sahibkarlara birbaşa və dolayı formalarda subsidiyaların ayrılmasını təmin etməli

 Büdcədən “Sahibkarlığa Yardım Fondu”na büdcə vəsaitlərinin həcminin artırılmasına nail olmalı

 Büdcədən iqtisadiyyatın intelektual və texnoloji bazasının keyfiyyət səviyyəsinin keyfiyyətcə növbəti mərhələyə keçməsi üçün büdcədən stimullaşdırılması üçün vəsaitlərin ayrılması

 Büdcədən ölkənin müdafiə qabilyyətinin gücləndirilməsinə yönəlik vəsaitlərin artırılması

 Regionların iqtisadi dinamizminin yüksəldilməsi və fiskal əksmərkəzləşməsi imkanlarının zəiflədilməməsi məqsədi ilə mərkəzi büdcədən Naxçıvan MR-na ayrılan dotasiyanın həcminin azaldılması kursu həyata keçirilməsi

 İnflyasiyanın baş verə biləcəyi tədqirdə, büdcədən sosial xərclərin artımının qarşısını almaq məqsədi ilə monetar və fiskal alətlərə xüsusi diqqət ayırmalı, strelizasiya siyasətindən məharətlə və vaxtlı-vaxtında istifadə etməli

 Hesablama Palatasının büdcə prosesi üzərində şəffaf , səmərəli və obyektiv nəzarətinin gücləndirilməsinə nail olmalı

 Büdcəyə vergi daxilolmalarını çoxaltmaq məqsədi ilə mənbəyi məlum olmayan gəlirlər haqda parlamentdə “Maliyyə amnistiyası” haqqında qanun qəbul olunmasına nail olmalı

 Dövlət büdcəsindən ən çox ayrılmış dövlət əsaslı investisiya xərclərində nəqliyyat, ali hakimiyyət və hüquq mühavizə sisteminin inzibati binalarının təmirinə, energetika, sahibkarlıq və kənd təsərrüfatı, su ehtiyyatları və irriqasiya və s. sahələr üzrə sturukturunda şəffaflığın təmin olunması

 Büdcənin iqtisadi, funksional, təşkilatının mükəmməl təsnifatı ilə bərabər,eyni zamanda proqram təsnifatına da nail olmalı və şəffaflığın təmin edilməsi

 Qeyri-leqal sferada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin vergi intizamının yüksəldilməsi vasitəsilə vergi prosesinə cəlb edilməsi

 Regionlarda sahibkarlıq mühitinin yumşaldılması və biznes qurumlarının bölgələrdə fəallaşması məqsədi ilə differensional vergi rejiminin tətbiq olunması

 “Vergi Məcəlləsi”ilə bağlı mütəmadi olaraq aparılan dəyişiklər praktikasına son qoyulmalı və sahibkarlar arasında məcəlləyə dair izahedici tədbirlərin və dinləmələrin genişləndirilməsinə dair tədbirlər təşkil eməli

 Dövlətə hələdə borcu olan bir sıra dövlət müəssisələrinin borclarının ödənilməsinin sürətləndirilməsi

 Qeyri-neft sektorunun inkişafı məqsədi ilə sahikarlığa ,infrastrukturun inkişafına, yüngül sənaye, aqrar,qida məhsulları kimi perspektivli sahələrə vergi güzəştləri və vergi tətilləri tətbiq edilməli

 İnvestisiya mühütünü yaxşılaşdırmaqla və səmərəli iqtisadi siyasəti həyata keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şəraitin yaradılması

 Büdcənin artan imkanlarına uyğun olaraq əldə olunan vəsaitlər hesabına sosial müdafiə və sosial təminat xərclərinin artırılmasına xüsusi diqqət yetirməli


Maliyyə-kredit siyasəti


 İqtisadiyyatın sabit və davamlı inkişaf etdirilməsi baxımından idarə edilə bilən inflyasiya həddini qorumaqdan ötəri bazar əməliyyatları, faiz dərəcələri və məcburi ehtiyyat normaları kimi tədbirlərin əlaqəli şəkildə həyata keçirilməsi

 “Qiymətli kağızlar haqqında”qanunu təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və stimullaşdırma tədbirlərinin həyata keçirilməsi

 Dünya bazarında neftin qiymətinin artması və neft gəlirlərinin çoxalması fonunda ölkə iqtisadiyyatına daxil olan xarici valyutaya nisbətdə manatın dönərliliyinin və sabitliyinin qorunması

 Neft gəlirlərin izafi sterilizasiyasını (zərərsizləşdirilməsi) həyata keçirmək məqsədilə faiz dəhlizinin aşağı və yuxarı hədlərinin müəyyənləşdirilərək “repo”əməliyyatlarından istifadə edilməsi və bununla kommersiya banklarının kredit vermə qabiliyyətinin azaldılması

 Milli valyutanın möhkəmləndirilməsi məqsədi ilə ixrac məhsullarının rəqabət qabiliyyətlərinin artırılması və ixracatın səviyyəsinin yüksəldilməsi

 Əmək və kapital faktorlarının qeyri neft və xidmət sektoruna axını məqsədi ilə əməyin və kapitalın marjinal məhsulunun və iqtisadiyyat üzrə səmərəlilik göstəricilərinin səviyyəsinin artırılması

 Qiymətlərin artması fonunda əhalinin istehlak büdcəsinin mövcud minimum istehlak səbətinə uyğunlaşdırılması

 Qeyri neft sektorunun inkişafı üçün maneələr yaradan iqtisadiyyatda milli valyutanın məzənnəsinin bahalaşması, dövlət xərclərinin artırılması , inflyasiyanın ikirəqəmli hədlə ifadə olunması kimi neqativ halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi

 Ölkə iqtisadiyyatında son illərin probleminə dönən inflyasiya səviyyəsinə təsir edən qeyri qanuni əməliyyatların və amillərin aradan qaldırılması üçün qəti addımların atılması

 Tələblə təklifin tarazlığının pozulması nəticəsində yaranan artıq pul kütləsinin inflyasiyaya malik hissəsinin sterilizasiya (zərərsizləşdirilməsi) etdirilməsi üçün “açıq bazar əməliyyatlarında” hərraclar vasitəsilə həyata keçirilən qısa müddətli notların buraxılışı və məcburi ehtiyyat normasının artırılması ilə kommersiya banklarının kredit vermə qabiliyyətinin məhdudlaşdırılması

 Ölkənin valyuta ehtiyatlarının effektiv idarə edilməsi məqsədilə ehtiyatların xarici valyutalarda saxlanılması ilə yanaşı beynəlxalq qiymətli kağızlar bazarına da investisiya şəklində qoyulması

 Ölkəyə daxil olan xarici valyutaların tənzimlənməsi məqsədi ilə Milli Bankın valyuta bazarında alış yönlü strategiyanın seçilməsi ilə yanaşı idxal -ixrac əməliyyatlarında tətbiq edilən gömrük rüsumlarının əlaqələndirilməsi və bununla ölkəyə daxil olan artıq pul kütləsinin zərərsizləşdirilməsi

 Regionlarda sahibkarlığın inkişafına kömək məqsədilə bank sisteminin regional əhatəsinin genişləndirilməsi, filialların açılması və bank əməliyyatlarının stimullaşdırılması

 Ölkədə liberal demokratik yönlü bazar prinsiplərinə əsaslanan təsərrüfat mexanizmasının stimullaşdırılması və dünya iqtisadi sisteminə rasional inteqrasiyanın təmin olunması məqsədi ilə qlobal, regional və digər iqtisadi sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi

 Bank sektorunun regional əhatəsinin genişləndirilnəsi məqsədilə kommersiya banklarına güzəştli kredit qoyuluşlarının ÜDM da həcminin artırılması

 Əhalinin gəlirlərinin liberallaşdırılması ilə pul tədavülünün sabitləşdirilməsi üzrə tədbirlərin görülməsi

 Sosial-iqtisadi inkişafın cari vəziyyətinin obyektiv qiymətləndirilməsi və bu istiqamətdə şəffaflığın təmin olunması

 Kənd təsərrüfatı sektorunun payının artmasına nail olmaq məqsədi ilə kredit qoyuluşlarında təşvik edici tədbirlərin həyata keçirilməsi və bu məqsədlə güzəştli kreditlərin verilməsi və fiskal siyasətlə əlaqələndirilməsi

 Əhalinin pul gəlirlərinin xərcləri üstələməsi meylinin gücləndirilməsi məqsədi ilə dövlət müəssisələrində çalışanların orta aylıq əmək haqqının minimum istehlak büdcəsi səviyyəsinin üstələməsinə nail olmaq

 Qiymətli Kağızlar Bazarında sahibkarların onlara lazım olan məhsulları banklardan yüksək faiz dərəcələri ilə deyil, veksellərlə emissiya edərək əldə edə bilməkləri məqsədi ilə qiymətli kağızların bir növü olan “veksel” in fəaliyyətinin tənzimlənməsi üçün “Veksel haqqında” qanunun hazırlanması

 Kiçik və orta sahibkarlığın inkşaf etdirilməsi məqsədi ilə sahibkarlara kompaniya xarakterli müəyyən müddətlik aşağı faiz dərəcələri ilə güzəştli kreditlərin verilməsi

 Zəmanətli kreditlərin verilməsində maraqlı olan iri kreditorlar benefisiarın qlobal kredit bazarlarına çıxışını təmin etməsi

 Pul kütləsinin inflyasiyaya təsir göstərən hissəsinin sterilizasiya (zərərsizləşdirilməsi) edilməsində Milli Bankın əhalinin yığıma meylliliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi

 Ölkədə həm özəl sektorun inkişafı, həm də valyuta ehtiyyatlarının artması məqsədilə ölkədən ixrac olunan bir qrup məhsullara güzəştli rüsumların tətbiq edilməsi

 Bakı fond birjasında qiymətli kağızların və əmtəə birjalarında istehsal texniki məhsulların və daşınmaz əmlakın satış həcminin artırılmasına stimul vermək məqsədi ilə tədbirlərin görülməsi

 Ölkədə qiymətli kağızlar bazarının,o cümlədən Bakı fond birjasının fəaliyyətinin təkmilləşdirilməsi

 Xəzinadarlıq orqanlarında büdcə uçotu və hesabatı,eləcədə kassa xidmətinin təkmilləşdirilməsi

 Xəzinədarlıqda informasiya texnologiyasından istifadə istifadə edilməsi, maliyyə proqnozlaşdırılması, büdcə likvidliyinin idarə edilməsi istiqamətlərində digər ölkələrin təcrübələrindən istifadə edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması


Sahibkarlığın inkişafı siyasəti


 Respublikada sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafında texniki, malliyə və hüquqi təminatının yüksəldilməsi

 Neft sektorundan əldə olunan gəlirlər hesabına qeyri neft sektoruna o cümlədən sahibkarlığın inkişafı istiqamətində investisiyalar yatırılması

 Ölkə əhalisinin əsas istehlak məhsullarına yönəlik sahədə fəaliyyət göstərən sahibkarlara müəyyən müddət ərzində aşağı faiz dərəcələriylə verilməsi

 Sahibkarlığın inkişafı məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlərdə şəffaflığın təmin edilməsi

 Dövlət tərəfindən kredit təşkilatları ilə kiçik sahibkarlıq subyektləri arasında risklərin bölüşdürülməsini təmin edən mexanizmlərin işlənib hazırlanması

 Sahibkarların “vahid pəncərə” sisteminə keçidinin təkmilləşdirilməsi üçün fiziki və hüquqi şəxslərin qeydiyyat proseduralarının sadələşdirilməsi

 Dövlətin sahibkarliğin inkişafı ilə əlaqədar olararq antiinhisar tədbirlərin daha da gücləndirilməsi və bu prosesin gömrük və vergi oqranı ilə əlaqələndirilməsi

 İstehsal edilən əmtəə və xidmətlərin mövcud standartlara uyğunluğunun təmin edilməsi və keyfiyyətinin yüksədilməsi məqsədilə istehlakçılara yönəlik reklam çarxları və media insitutlarının imkanlarından istifadə

 “Məmur sahibkarlığının” qarşısının alınması üçün bilavasitə məhkəmələrin iştirakı ilə konkret və kəsərli üsullardan istifadə etməli

 Qiymətləri süni şəkildə qaldırmasına cəhd edən və şərait yaradan inhisarçı böyük holdinq və şirkətlərə qarşı maliyyə sanksiyalarının və hüquqi qaydada dair cəzaların tətbiq edilməsi

 Sahibkarlığın inkişafı siyasətində bazar münasibətlərinin formalaşdırılması, sağlam rəqabət mühütünün yaradılması və inkişafı ilə əlaqədar olaraq hüquqi bazanın yaradılması

 Dövlət ehtiyyatları fondunun yaradılması məqsədi ilə ölkənin strateji kənd təsərrüfatı məhsulların inkişafı üçün kompleks tədbirlərin görülməsi

 Ölkədə daxili sahibkarlığın xarici təsirlərdən qorunması istiqamətində tədbirlər planının hazırlanması və bu proseduraların gömrük və vergi sistemləri ilə qarşılıqlı əlaqələndirilməsi

 Regionlarda sahibkarlığın inkişafının təmin edilməsi məqsədilə strateji kənd təsərrüfatı məhsullarının stimullaşdırılması,istehsal olunan məhsulların mərkəzə yaxud digər bazarlara çıxışında və satış mərkəzlərində satış müddəti uzandıqca qida məhsullarında baş verə biləcək ərinti, cürümə və bu kimi digər halların qarşısını almaq üşün xüsusi saxlama məntəqələrinin yaradılması

 Sahibkarlığın inkişafı və büdcə daxil olmalarında verginin payının arttırılması məqsədilə vergi dərəcələrinə yenidən baxılması

 “Vergi Məcəlləsi”də kölgə iqtisadiyyatının və qeyri-leqal iqtisadi fəaliyyətlərin tamamilə aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi

 Regionlar üzrə müvafiq istehsal sahələrinin, o cümlədən kənd təsərrüfatının yüngül və yeyinti sənaye sahələrinin inkişafının təmin edilməsi

 Sahibkarlığın inkişafı üçün regionlara informasiya axının təkmilləşdirilməsi və gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi

 Regionlarda iqtisadi inkişafın sürətləndirilməsində müasir texnika və texnologiyanın tətbiqinin, sahibkarlıq fəaliyyəti zonalarının və sənaye şəhərciklərinin yaradılması

 Sahibkarların dovlət orqanlarından qeydiyyatdan keçmədən iqtisadi fəaliiyət apararaq əldə etdikləri gəlirlərin gizlədilməsinə şərait yaradan qurum və şəxsslərə qarşı ciddi tədbirlərin görülməsi

 Sahibkarların ixrac idxal əməliyyatları zamanı qarşılaşdığı bürokratik əngəllərin aradan qaldırılması.Bu eyni zamanda vergi ödəmələrində aktivliyin yüksəlməsi ilə müşahidə olunacaqdır.

 Sahibkarlığın inkişafı üçün inflyasiya doğura biləcək səbəblərin aradan qaldırılması.Burada əsasən pul-kredit siyasəti və qiymətlərin sabitliyinin təmin edilməsi ön planda durur

 Regionlarda xalçaçılıq,dulusçuluq və digər xalq sənətkarlıq sahələrinin ənəvi olaraq inkişafı nı təmin etmək məqsədi ilə tədbirlərin görülməsi

 Sahibkarlığın inkişaf etdirilməsi məqsədilə lisenziyalaşdırma sistemində şəffaf mexanizmanin yaradılması

 Sahibkarların maraqları ilə dövlətin iqtisadi maraqlarının yaxınlaşması, ölkədə mövcud olan korrupsiya və ölkənin iqtisadi maraqlarına təhlükə yaradacaq digər neqativ halların aradan qaldırılması

 Sahibkarlığın inkişaf etdirilməsi məqsədilə istehsal olunan yerli məhsulların ixracatında dövlət dəstəyinin göstərilməsi (beynəlxalq sərgi və yarmarkalarda yerli şirkətlərin iştirakını təmin etmək)

 Yerli məhsulların xarici bazarlarda Azərbaycan məhsulları olaraq markalanması istiqamətində tədbirlər planının hazırlanması

 Sahibkarlıqla məşğul olan mütəxəssislərin təhsil səviyyələrini yüksəltmək məqsədi ilə treninqlərin, kursların mütəmadi olaraq təşkil edilməsi.

 Kiçik və orta sahibkarlara uzun müddətli mikro kreditlərin verilməsi praktikası genişləndirilməli

 Ticarət şərtlərini ölkədə sahibkarlın inkişafı üçün pozitiv istiqamətdə dəyişmək və bunun üçün yerli istehsalın inkişaf etdirilməsi və idxal yönümlü strategiyanın ixracla əvəzlənməsi

 İnnovasiya layihələrinin maliyyələşdirliməsi məqsədi ilə təşviq edici tədbirlər tətbiq edilməsi

 Neft Fondunun resurslarının kiçik bir qisminin regionlarda fəalliyət göstərən kiçik sahibkarların maliyyə vəsaitlərinin çatışmamazlığında kredit ehtiyaclarının ödənməsinə yönəldilməsi

 Dövlət tərəfindən kredit təşkilatları ilə kiçik sahibkarlıq subyektləri arasında risklərin bölüşdürülməsini təmin edən mexanizmləri


İnvestisiya siyasəti


 İnvestisiya ehtiyaclarının ödənilməsində yerli imkanlardan səmərəli istifadəsi üçün malliyə institutlarına və investisiya fondlarının fəaliyyətlərinə şərait yaradılmalı

 Dövlət büdcəsindən tikinti sektoru və dövlət obyektlərinin təmirinə ayrılmış investisiya xərclərinin artım tempinin azaldılması, paytaxtın böyük sanki bir plansız tikinti paliqonuna çevirilməməsi üçün küllü miqdarda maliyyə vəsaitlərinin səmərəsizliyinin qarşısının alınması məqsədilə şəffaflığın təmin edilməsi

 Ölkəyə daxil olan investisiyanın cəlb olunması zamanı ümumi həcmdə portfel investisiyaların bir başa investisiyalara nisbətində optimal həddin müəyyənləşməsinə nail olmaq

 Qeyri neft sektorunu inkişaf etdirmək məqsədi ilə neft sektoruna yatırılan həm daxili, həm də xarici investisiyaların proporsional həddini müəyyənləşdirmək üçün qeyri neft sektorunun investisiya iqlimini mülayimləşdirməli

 Ölkəyə daxil olan neft gəlirləri və iqtisadiyyata cəlb olunan xarici investisiyanın optimal nisbətinin və qarşılıqlı əlaqəsinin tapılması və şəffaflığın təmin edilməsi

 Büdcə investisiyaları hesasabına həddindən artıq tikilən idman komplekslərinə xərclərin dayandırılması aqrar sektora, turizmin inkişafına, ekologiyanın çirklənməsinin qarşısının alınmasısına istiqamətləndirilməsi

 Dövlət İnvestisiya və İxracın Təşviqi şirkətinin fəaliyyətinin təkmilləşdirilməsi hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsi

 Respublikada həyata keçirilən investisiya axınının daha çox regionlara axınının təmin edilməsi üçün regionlarda cəlbedici investisiya iqlimini yaratmaq

 Regionlarda investisiyanın cəlbediciliyini təmin etmək məqəsidilə turizm sektoruna yönəlik tarixi abidələrin,sənətkarlıq, xalçaçılıq kimi sahələrinin inkişafına nail olmalı

 Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və ölkəyə investisiya axı nın təmin edilməsi

 Ölkəyə daxil olan xarici investisiyaların həcmində modern texnolojiyaların cəlbinə xüsusi üstünlük verməli

 İnvestisiya siyasətində monetar amillərdən istifadə edilməsi hesabına əhalinin pula yığım meylinin artırılması və bununla bərabər əhalinin artan yığımlarının investisiyaya çevrilməsinə şərait yaratmaq

 Respublikanın strateji olaraq sərhədyanı rayonlarından investisiyanın cəlb edilməsi məqsədilə kompleks tədbirlərin hazırlanması

 İqtisadi proqnozlara görə 2012-ci ildən neft gəlirlərinin azalmasını nəzərə alaraq həyata keçirilən investisiya siyasətində daha çox daxili sərmayənin ölkənin strateji sahələrinə yönəldilməsi

 Xarici sərmayələr hesabına ölkədə istehsal olunan malların daxili tələbatı ödənməsi təmin olunandan sonra ixraca yol açmasını stimullaşdırmalı

 Ağır sənayesinin inkişaf etdirilməsi məqsədi ilə xarici investisiyaların neft kimya sənayesinə yönəldilməsinə və istehsal olunan məhsulların dünya standartlarına cavab verməsində bu sahəyə diqqətin artırılması

 İnvestisiya siyasətinin ölkə iqtisadiyyatının inkişafında səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdə şəffaflığın təmin edilməsi

 İqtisadi imkanlarının işıqlandırılmasında elmi – praktiki konfransların keçirilməsi və eləcədə xaricdə təbliğat işlərinin aparılmasının təmin edilməsi, investisiya fondunun rəsmi elektron saytında ölkənin təbii ehtiyyatları, təbii – iqlim şəraiti, ölkənin coğrafi vəziyyəti, nəqliyyat və infrastrukturu haqqında informasiyaların yerləşdirilməsi məqsədi ilə xarici investorların ölkəyə cəlb edilməsi və əməkdaşlıqların qurulması

 İnvestorların marağının zəif inkişaf etmiş sahələrin inkişaf etdirilməsinə yönəldilməsi məqsədi ilə müəyyən müddətlik kompaniya xarakterli stimullaşdırıcı tədbirlər həyata keçirməsi və bu proseduraların gömrük və vergi sistemləri ilə əlaqələndirilməsi

 Azərbaycan respublikasının rezidentlərinin, habelə respublikadan kənarda çalışan və yaşayan qeyri-rezidenlərin vəsaitlərinin ölkə iqtisadiyyatının inkişafına yönəldilməsi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirməsi və bu məqsədlə ölkəyə daxil olan pul kütləsinə və digər maliyyə vəsaitlərinə görə tətbiq edilən gömrük rüsumlarının makroiqtisadi nöqteyi-nəzərindən nəzarətdə saxlanılması

 Beynəlxalq maliyyə qurumlarının köməkliyi ilə ölkəyə daxil olan maliyyə vəsaitlərinin intensivliyini təmin edilməsi


Gömrük və xarici ticarət siyasəti


 Ümumi iqtisadi siyasətin tərkib hissəsi kimi ölkənin xarici iqtisadi siyasəti proqramının təkmilləşdirilməsi

 Beynəlxalq, regional iqtisadi layihələrin işlənməsində fəaliyyətin effektivliliyini artırmaq məqsədi ilə strateji tərəfdaşlarla birgə həyata keçirilən tədbirlər təkmilləşdirilməli və genişləndirilməli

 Beynəlxalq iqtisadi qurumlarla əlaqələr genişləndirilməsi istiqamətində xüsusi proqramları tətbiqi və həyata keçirilməsi

 Xarici iqtisadi əlaqələrində tərəfdaşlarla, xüsusən də strateji tərəfdaşlarla əlverişli iqtisadi mühitin yaradılmasına və onun qorunub saxlanmasına nail olmağa imkan verən tədbirlər sistemi hazırlanmalıdır

 Çevik qiymət siyasəti həyata keçirilmək məqsədi ilə dünya bazarlarında ölkə məhsullarının rəqabətə davamlılığını təmin etmək üçün tədbirlərin görülməsi

 İxracata stimul verən kompleks tədbirlərin ( vergi güzəştləri, istehsal amilləri sahəsində təşviqedici tədbirlər, mükafat sistemi ,satış prosesini gücləndirmək üçün dövlət tərəfindən şəraitin yaradılması və s.) işlənib hazırlanması

 Xarici ticarətin liberallaşdırılması istiqamətində mövcud qanunvericilik normalarında islahatların aparılması

 Xarici ticarət əməliyyatlarının kontingentləşdirilməsi (kvotalaşdırılması) ,lisenziyalaşdırma ,texniki baryerlərin müəyyən edilməsi ,valyuta –maliyyə tənzimlənməsi , antidemping və kompensasiya rüsumları kimi iqtisadi və inzibati metodlarla xarici ticarətin tənzimlənməsi

 Dövlət üçün beynəlxalq –hüquqi xarakterli öhtəlik doğuran gömrük tarif münasibətlərinin qanunvericilik çərçivəsində nizama salınması

 Bazar subyektlərinin rəqabət qabiliyyətinin təmin edilməsi məqsədi ilə dövlət proqramı hazırlanması

 Milli nənafeyə xidmət edən daxili bazar infrasturukturunun qurulması

 İxracın strukturu təkmilləşşdirliməsi məqsədi ilə hazır məhsul və xidmətlərə prioritet verməsi istqamətində islahatların aparılması

 Beynəlxalq ixtisaslaşmanın üstünlükləri nəzərə alınmaqla idxal-ixrac əməliyyatlarının strukturu nu tənzimləyici vasitələrin köməyi ilə təkmilləşdirilməsi

 Mütərəqqi texnika və texnologiyalarla istehsal edilmiş məhsulların ixracı genişləndirilmək məqsədi ilə gömrük rüsumlarında qanunvericilik normalarına uyğun olaraq xüsusi güzəştlərin edilməsi

 İxrac yönümlü istehsal sahələrinin inkişafı və modernləşdirlməsi məqsədi ilə xarici investisiyaların cəlb olunması üçün stimullaşdırıcı kompleks tədbirlər hazırlanması

 İstehsal sahələrinin inkişafı üçün lazım olan avadanlıqların və texnologiyaların idxalına üstünlük verilməklə milli iqtisadiyyatın təhlükəsiz inkişafına təminat verilməsi

 İdxalın azaldılması məqsədi ilə ticarət şərtlərini ölkənin xeyrinə dəyişmək üçün yerli istehsalın inkişaf etdirməsi və kompleks tədbirlər həyata keçirilməsi

 İdxal-ixrac əməliyyatlarında inhisarçılığa, o cümlədən məmur inhisarçılığına, özbaşınaçılığa son qoyulması üçün təsirli tədbirlər işlənib hazırlanmalıdır

 Respublikanın gömrük sərhəd məntəqələrində xidməti yaxşılaşdırılmalı və nümunəvi davranışla xarici investorlara xidmət təşkil edilməlidir

 Xarici ölkələrin bazarları və iqtisadi sistemlərinin öyrənilməsi ilə informasiya təminatı sistemini yaxşılaşdırmaq, internet xidmətini genişləndirilmək və elmi-praktiki təcrübə mübadiləri aparmaq

 İxrac mallarının istehsalını genişləndirmək məqsədi ilə aşağı gömrük rüsumlarının müəyyənləşdirilməsi və ixracı ssimullaşdırılan ixrac yarımfabrikantlarına və emal edilən xammaldan rüsumların tutulması istiqamətində islahatların aparılması

 Kənd təsərrüfatı məhsulunun daxili istehsalını dəstəkləmək, onun idxal və ixracını tənzimləmək məqsədi ilə dəyişkən idxal vergilərinin tətbiq edilməsində stimul verici tədbirlərin görülməsi

 Gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi müddətinin azaldılması məqsədi ilə gömrük işində informasiya texnologiyalarının tətbiqinin həcminin genişləndirilməsi

 Gömrük sahəsində inkişafa və naliyyətlərə nail olmaq məqsədi ilə beynəlxalq gömrük ittifaqları ilə əməkdaşlıqların genişləndirilməsi

 Gömrük tariflərinin qqorunması məqsədi ilə tələb olunan sənaye sahələrinin təhlükəsizliyini təmin edən yuxarı hədd dərəcələrinin müəyyən edilməsi

 Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi məqsədi ilə xarici ticarət və investisiya əməkdaşlığının stimullaşdırılması


Yoxsulluğun azaldılması siyasəti


 Yoxsulluğun səviyyəsinin kriteriyaları və prinsipləri beynəlxalq normalara uyğun müəyyən olunmalıdır

 “Yoxsulluğun azaldıması üzrə Dövlət Proqramında islahatların aparılması

 Dövlət büdcəsi xərclərinin strukturu təkmilləşdirlməli, sosial sferaya ayırmalar da ən əsasısı şəffaflığın təmin olunması

 Əhalinin ümümi xərclərinin səviyyəsini aşağı salmaq məqsədi ilə sosial obyektlərinin, o cümlədən qocalar evlərinin, internatların,məktəbəqədər uşaq müəssisələrinin inkişafı üzrə tədbirlər həyata keçirilməlidir

 Əhalinin xərclərində xüsusi çəkiyə malik olan səhiyyə xidməti xərclərini azaltmaq məqsədi ilə dövlət səhiyyə müəssisələrinin pullu xidmət praktikasında xüsusi güzəştlər edilməli , belə obyektlərinin icarəyə verilməsinə və özəlləşdilməsinə son qoyulmalıdır

 Qaçqın və məcburi köçkünlərə səhiyyə xidməti xərclərindən tamamilə azad olunması müvafiq tədbirlər görülməli və bu istiqamətdə şəffaflıq təmin edilməlidir.

 Yeni iş yerlərinin yaradılması və fəaliyyətləri dayandırılmış müəssisələrin sanasiyası istiqamətində xüsusi proqramlar həyata keçirilməklə məşğulluğun təmin edilməsi

 Dövlət universitetləri və digər təhsil müəssisələrdə oxuyan tələbələrin təqaüdlərinin artırılması, yataqxanalarla təmin edilməsi üçün təxirə salmaz işlər görülməsi

 Qaçqınlara və məcburi köçkünlərə verilən müavinətlərin və yardımların həcmi artırılmalı, bu sahədə şəffaflıq təmin edilməlidir

 Orta məktəb şagirdlərinə pulsuz dərsliklərin verilməsi praktikası genişləndirilməlidir.

 İmkanlı iş adamlarının, sahibkarlıq və qeyri sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin xeyriyyə fondlarının yaradılması ilə təşviq edici proqlamların həyata keçirilməsi

 Ölkədə vətəndaşlara verilən əmək haqları, təqaüdlər və müavinətlər yüksəldilməli, tələbələrin təqaüdləri artırılmalı, orduda xidmət edənlərin və ordudan ehtiyyat da qalaraq təxris olunan yüksək rütbəli zabit və gizirlərə, Qarabağ müharibəsi , Böyük Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin sosail vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi tədbirlər planının həyata keçirilməsi

 Ölkənin kommunal xidmətləri sahəsində təhcizat sistemi yaxşılaşdırılması, bu sahələrin xidmət haqlarınin aşağı salınması

 Vergi dərəcələri, xüsusən də ƏDV-nin və məcburi sosial sığorta fonduna ayırmaların dərəcələri aşağı salınmasıyla əhalinin gəlirlərini artırmaq , gəlir vergisinin vergiyə cəlb edilməyən məbləğinin aşağı həddi minimal istehlak səbətinə uyğunlaşdırılmalıdır

 Yerlərdə bələdiyyələrə yoxsulluq problemlərinin həlli məqsədi ilə tədbirlərin həyata keçirilməsində geniş səlahiyyətlərin verilməsi

 Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə istiqamətində xüsusi olaraq tədbirləri gücləndirilməsi

 İş yerlərində gender bərabərliyini inkişaf etdirmək

 Yoxsulluğun aradan qaldırılmasında neft gəlirlərindən qeyri neft sektoruna investisiya yatırımları vasitəsi ilə istifadə olunması

 Qeyri neft sektorundə regionlar üzrə balanslı məşğulluğun təmin edilməsiylə əmək qabiliyyətli vətəndaşlara tələbin stimullaşdırılması

 Yoxsulluğun azaldılmasında ünvanlı sosial dövlət yardımın verilməsi istiqamətində şəffaflığın təmin edilməsi

 Əmək haqlarının tənzimlənməsi istiqamətində sosial ədalətsizliyin aradan qaldırılması

 Büdcə təşkilatlarında şalıəşan dövlət məmurlarinin əmək haqlarının ölkə üzrə orta göstəricisindən 10-15 dəfə yüksək olduğunı deyil cəmiyyətin inkişafında və formalaşmasında böyük rolu olan elm adamlarının , müəllimlərin , səhiyyə,mədəniyyət işçilərinin həyatda var ola bilmələri üçün yaşayış tərzini nəzərə alınması

 Yoxsulluğun azaldılması məqsədi ilə regionlarda müqayisəli üstünlüklərin müəyyən edilməsi və həmin məhsullar üzr ixtisaslaşmanın və yeni iş yerlərinin yaradılması

 Yoxsulluğun azaldılması məqsədi açılan iş yerlərinin müvəqqəti və mövsumlük xarakteri ilə deyil daimilik müəyyənləşdirilməsi

 “Əmək Yarmarkaları” bağlı olaraq rəsmi göstəricilərlə reallığın tamamiylə ziddiyət kəsb etməsi kimi neqativ halların aradan qaldırılması

 Əhalininn yoxsulluq həddinin ifrat yoxsulluq dərəcəsindən minimum yoxsulluq dərəcəsi səviyyəsinə yüksəldilməsi


Aqrar siyasət


Azərbaycanın aqrar respublika olduğunu nəzərə alıb, regionlarda əksər insanların yaxud ölkədə əmək qabiliyyətli insanların 40%-dən çoxunun yerləşdiyini nəzərə alıb və fermerlərin aidiyyatı dövlət orqanları ilə əlaqələrini asanlaşdırmaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyini paytaxtdan uyğun regionlardan birinə köçürmək. Bu həm fermerlərlə dövlət orqanları arasındakı bürokratik və cografi əlaqənin yaxınlaşmasına, eyni zamanda da respublikada pozulmuş demoqrafik vəziyyətin bərpasına kömək etmiş olacaq. Bu isə eyni zamanda Bakıda əhali sıxlığının azalmasına və demoqrafik vəziyyətin normallaşmasına gətirb çıxaracaq.

 Kənd təsərrüfatı elmi -tədqiqat institutlarının ,qeyri hökümət təşkilatlarınin (QHT) fəaliyyətlərinin genişləndirilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi.

 Yeni bitki və texniki məhsulların yetişdirilməsi.

 İstehsal olunan məhsulların həm ölkədaxili həmdə dünya bazarlarına ixracının təmin edilməsi

 Ölkədə kənd təsərrüfatı profilli texniki peşə məktəblərində baytarlıq, bağçılıq, şərabçılıq, aqro-mexanika və bu kimi digər sahələrin metotiki cəhətdən dünya səviyyəsində qəbul olunmuş standartlara uyğunlaşdırılması

 Regionlara aqrar sahənin inkişafına stimul vermək üçün bankların ,sığorta şirkətlərinin , aqro-lizinq və konsaltinq xidmətlərinin cəlb olunması

 Əkinçilik, bağçılıq və bu kimi digər sahələrdə istifadə olunan gübrələr, aqro - kimyəvi maddələr istehsal edən müəssisələrin yaradılması

 Bağ və meşə sahələrində kütləvi şəkildə ağacların qırılmasının qarşısının alınması və bu istiqamətdə tez-tez monitorinqlərin aparılması

 Dövlət budcəsindən ayrılan vəsaitlər hesabına maşınların, texnikaların ,dəzgah və avadanlıqların lizing yolu ilə icarəyə verilməsi

 Kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə dövlət təminatı ilə güzəştli kreditlərin verilməsi

 Aqrar sahədə fəaliyyət göstərən sahibkarlardan tutulacaq vergi və digər rüsum dərəcələrinin kifayət qədər azaldılması.

 Aqrar sahədə təsərrüfat üçün hidrotexniki və meliorasiya qurğularının yenidən bərpası yaxud yeni müasir standartlara cavab verən qurğu və avadanlıqlarla əvəz edilməsi

 Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının həm daxili bazarlara həm də xarici bazarlara ixracını və xüsusən də qonşu ölkələrlə sərhəd zolaqlarında yaxud yaxın bölgələrdə azad ticari əlaqələrin qurulmasının bilavasitə dövlət tərəfindən təmin olunması

 Reginonlarda hələdə çox hallarda məmur sahibkar işbirliklərinin aradan qaldırılması

 Regionlarda məmur və inhisarçı sahibkarlar tərəfindən qanunsuz olaraq zəbt olunan otlaqların və digər ərazilərin bələdiyyə mülkiyyətinə qatılması

 Yararsız, şoran torpaqlarda bərpa işlərinin aparılması, bataqlıqların qurudulması , yeni əkin sahələrinin və otlaqlaqların bərpası üçün tədbirlərin görülməsi

 Aqrar sahədə davamlı inkişafı saxlamaq üçün regionlara yerli və xarici investorların cəlb edilməsi

 Kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul istehsalını, emalını, tədarükünü və satışını sürətləndirmək məqsədiylə dövlət tərəfindən dəstəyin həyata keçirilməsi

 Kənd təsərrüfatında heyvandarlığın,quşçuluğun saxlanılması üçün yem tədarükü istehsal edən müəssisələrin qurulması. (Bura daxildir ot, silos, dənli bitkilər,yem ,kəpək istehsalı və s.)

 Heyvandarlığım və quşçululuğun damazlıq və inkibator üsuli ilə artırma müəssisələrinin yaradılması

 Beynəlxalq kənt təsərrüfatı qurumları ilə bərabər hüquqlu inteqrasiyanın inkişaf etdirilməsi və yeni yeni əlaqələrin qurulması

 Regionlarda sahibkarlığın inkişafı məqsədiylə işsizliyin aradan qaldırılması, sosial rifah səviyyəsinin yüksəldilməsi, məşğulluluğun təmin edilməsi və eləcədə ölkədə daxili disbalansın aradan qaldırılması məqsədi ilə kənd təsərrüfatının inkişafının təmin edilməsi. Bu məqsədlə :

- Aqrar elm sahəsində maddi texniki bazanı möhkəmləndirmək, istehsalatda tətbiq etmək və sahibkarlara informasiya məsləhət və bu kimi digər konsultativ xidmətlərin göstərilməsi

- Yeni, müasir standartlara cavab verən maşın, teknika və dəzgahların istismara verilməsi, Lizinq və aqro-servis xidmər müəssisələrinin qurulması;

 Kənd təsərrüfatı məhsulları emal edən müəssisələrin yenidən qurulması

 Kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə dövlət təminatı ilə güzəştli kreditlərin verilməsi

 Aqrar sahədə fəaliyyət göstərən sahibkar
Tarix: 11 Oktyabr 2008   |  Oxunub: 802 dəfə   |   Kateqoriya: Seçkilər haqqında » Namizədlərin seçki platforması
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net