 Orta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda həmin Universitetin Konstitusiya hüququ kafedrasının baş müəllimidir. Hüquq elminin müxtəlif sahələrinə aid onlarla məqalə və monoqrafiyaların müəllifidir. 1992-1993-cü illərdə Milli Məclis aparatının Dövlət quruculuğu şöbəsinin müdiri, Prezidentin parlamentlə əlaqələr üzrə müşaviri olub. 1995-2005-ci illərdə Milli Məclisin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü olub. 2001-2005-ci illərdə Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin daimi nümayəndə heyətinin üzvü, Parlament Assambleyasının Hüquq məsələləri və insan haqları daimi komitəsinin üzvü olub. 1992-2008-ci illərdə AXCP Ali Məclisinin sədri olub. Evlidir, 4 övladı var.
|