 Mustafayev Fazil Qəzənfər oğlu 1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Fəlsəfə elmləri namizədidir. 1 elmi əsərin və onlarca məqalənin müəllifidir. Rus dilini bilir. 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, 1998-2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifələrində çalışmışdır. Böyük Quruluş Partiyasının sədridir. 2005-ci il noyabrın 6-da 26 saylı Sabunçu birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İordaniya, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
|