 Fuad Ağası oğlu Əliyev 1970-ci il aprelin 4-də Bakıda anadan olub. Xarici Dillər İnstiitutunu bitirib. Keçmiş 26 Bakı Komissarı (indiki Səbail) rayon komsomol komitəsində, 1995-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kooperativ idarəsində işləyib. 1997-ci ildə Liberal Partiyasına üzv olub. 1998-ci ildə Liberal Demokrat Partiyasının təşəbbüs qrupunun yaradılmasında iştirak edib. 1999-cu ildə keçirilən təsis konfransında sədr müavini, 2001-ci ilin fevral ayında isə sədr seçilib.
|