Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Yeni parlamentdə qadınların təmsilçiliyi artacaq?
Yeni parlamentdə qadınların təmsilçiliyi artacaq?Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların ictimai – siyasi həyatda fəal iştirakını təmin etmək üçün bir sıra işlər görülüb. Azərbaycan qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə, o cümlədən 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi). Komitənin əsas məqsədləri – qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasına kömək göstərməkdir.Azərbaycan Respublikası Prezidenti 2000-ci ilin mart ayında “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” üzrə fərman imzalayıb. Bu sənəd Respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur.Azərbaycanın Nazirlər Kabineti 2000-ci ilin iyun ayında “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edib. Bu proqram milli xüsusiyyətləri nəzərə alınmaqla, Pekin Strategiyası əsasında hazırlanmışdı. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edirdi. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup yaradılmışdı. Milli Fəaliyyət Planının həyata keçirilməsində dövlət strukturları ilə yanaşı, QHT-lər də iştirak etmişdi. “Gender (Kişi Və Qadınların) Bərabərliyinin Təminatları Haqqında (10 oktyabr 2006-cı il)” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində deyilir: “Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.”Azərbaycanda Parlamentində qadınların təmsilçiliyi 1975-ci ildə 37,8 faiz, 1980-ci ildə 39,8, 1985-ci ildə 39,8, 1990-cı ildə, 1995-ci ildə, 2000-ci ildə, 2005-ci ildə 10,5, 2006-cı ildə 11,2 faiz təşkil edib.
Cədvəldən göründüyü kimi 1975-ci ildən 2006-cı ilə qədər olan dövrdə ölkə Parlamentində qadınların ən az sayda təmsilçilyi (4,3%) 1990-cı ildə müşahidə olunub. Növbəti illər ərzində qadınların sayı praktik olaraq dəyişməz qalmış və parlamentdə iştirak edənlərin sayının 1/10-ni təşkil etmişdir. Sovet dövründə seçkilərdə qadınlar üçün kvota ayrıldığında həmin dövrdə qadınların seçkili qurumlarda iştirakı təbii yolla deyil, “yuxarıların” göstərişi ilə həyata keçirildiyindən həmi illərdə parlamentdə qadınların sayı nisbətən çox olub. Hazırda qadınlara kvota ayrılması ilə bağlı təkliflər səslənsə də bu cür təkliflər qeyri-ciddi qəbul olunur. Ümumiyyətlə götürdükdə isə kvotanın ayrılması insan haqlarının pozulması kimi qəbul olunduğundan inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunmur.Onu da qeyd etmək lazımdır ki, Azərbaycan parlamentində qadınların sayı inkişaf etmiş ölkələrin bəziləri ilə müqayisədə nisbətən azlıq təşkil etsə də, digər ölkələrlə müqayisədə vəziyyət bir qədər normaldır. Məsələn, 2001 – ci ildə İtalya parlamentində 630 yerdən 62-nə (9,8% ), 1999-cu ildə Rusiya parlamentində 449 yerdən 34-nə (7, 6% ), 2000-ci il Yaponiya parlamentində 480 yerdən 35-nə (7, 3% ), 1999-cu ildə Türkiyə parlamentində 550 yerdən 23-nə (4, 2% ), 2000-ildə Tacikistan parlamentində 63 yerdən 8-nə (12, 7% ), 1999-cı ildə Qazaxıstan parlamentində 77 yerdən 8-nə (10, 4% ), 2000-ci ildə Qırğızstan parlamentində 60 yerdən 6-na (10%), 1999-cu ildə Gürcüstan parlamentində 235 yerdən 17-nə (7, 2% ), 2000-ci il İran parlamentində 290 yerdən 12-nə (4,1% ), 1999-cu il Ermənistan parlamentində 131 yerdən 4-nə (3,1%) qadın seçilib.Rusiyada ekspertlər qadınların seçkili qurumlarda təmsilçiyinin artırmaq üçün aşağıdakı təklifləri irəli sürürlər:
– hər hansı partiyanın parlament üçün verdiyi siyahıda bir cinsdən olan namizədlər 70 faizdən yuxarıdırsa, qanunvericilik Mərkəzi Seçki komissiyasına həmin partiyanı qeydə almasın;
– hər hansı partiyanın ki, parlamentə namizədlər siyahısında bir cinsdən olanları 70 faizdən çoxdur, belə partiyaya pulsuz efir vaxtı və ya büdcə yardımı edilməsin;
– Mərkəzi Seçki Komissiyasında gender balansı yaradılsın və s.
Azərbaycan Respublikasında keçirilmiş seçki və referendumlarda seçici fəallığı aşağıdakı kimi olmuşdur:
– 8 sentyabr 1991-ci il. Prezident seçkisi – 84,4 %
– 29 dekabr 1991-ci il. Dövlət müstəqilliyi referendumu – 95,27 %
– 7 iyun 1992-ci il. Prezident seçkisi – 73,3%
– 3 oktyabr 1993-cü il. Prezident seçkisi – 97,6 %
– 12 noyabr 1995-ci il. Parlament seçkisi və konstitusiya referendumu – 86,05%
– 11 oktyabr 1998-ci il. Prezident seçkisi – 79,18 %
– 12 dekabr, 1999-cu il. Bələdiyyə seçkiləri – 52,6 %
– 5 noyabr 2000-ci il. Parlament seçkisi – 71,33 %
– 24 avqust 2002-ci il.Konstitusiyaya dəyişikliklər və əlavələr referendumu –83,86 %
– 15 oktyabr 2003-cü il. Prezident seçkisi – 71,23 %
– 17 dekabr 2004-cü il. Bələdiyyə seçkiləri – 46,34 %
– 6 noyabr, 2005-ci il. Parlament seçkisi – 46,6 %
– 15 oktyabr 2008-ci il. Prezident seçkisi – 75,64 % (7)
– 18 mart 2009-cu il.Konstitusiyaya dəyişikliklər və əlavələr –referendumu 71,08 %(8)
– 26 dekabr 2009 – cu il. Bələdiyyə seçkiləri – 32.04 % (10)
Azərbaycanda son bələdiyyə seçkilərində qadınların seçkilərdə fəallığı əvvəlki seçkilərə nisbətən xeyli artmışdır. Məsələn, 2009 – cu il bələdiyyə seçkilərindən sonra Azərbaycanın bələdiyyələrində qadınların təmsilçiliyi səviyyəsi artıb. Əgər bundan əvvəlki bələdiyyələrdə qadınlar 4 faiz idisə, hazırda 28 faiz təşkil edirlər.ATƏT-in Bakı ofisinin rəhbəri Səfir Cankorel Bələdiyyələrdə qadınlarının təmsilçiliyinin artmasına münasibət bildirərək demişdir: “Mən ümid edirəm ki, bu rəqəmin 6 dəfə artması Azərbaycanın siyasi həyatında qadınlar üçün yeni eranın başlanğıcını qoyub. Bu ilin sonlarında ölkədə parlament seçkiləri keçiriləcək. Əminik ki, qadınlar parlament seçkilərində bələdiyyə seçkilərində olduğundan artıq fəallıq nümayiş etdirəcəklər”.Bəzi ölkələrdə seçicilərin, o cümlədən qadın və gənclərin seçki fəallığının artırılması üçün müxtəlif inzibati vasitələrdən istifadə edilir. Məsələn, Belçika, Türkiyə, İtalya qanunvericiliyi səsvermədə iştirak etməyən seçicilərin pulla cərimələnməsinə imkan verir. Bu ölkələrdə cərimənin tətbiqi seçici fəallığının artmasına imkan verir. Azərbaycan Respublikasıın qanunvericiliyində bu cür hallar nəzərdə tutulmayıb. Fikrimizcə seçicilərin, o cümlədən qadınların fəallığının artırılması üçün inzibati metodlara deyil, seçicilərin seçkiyə inamını artırmağa xidmət edən maarifçiliyə üstünlük verilməsi daha səmərəli nəticələr verə bilər. Seçicilərin inzibati metodlara seçkiyə gəlməyə məcbur edilməsi isə könüllük prinsipinin pozulması və insan haqlarının məhdudlaşdırılması kimi də qiymətləndirmək olar.Azərbaycan rəsmilərindən birinin “Seçkilərdə qadın namizədlərin sayının artması hakim partiyanın taktikasıdır” kimi açıqlama verməsi və son bələdiyyə seçkilərindən sonra qadınların təmsilçiliyinin birdən-birə 24 faiz artması və başqa amillər yeni parlamentdə qadınların təmsilçiliyinin xeyli artacağı etimalını irəli sürməyə imkan verir. Bu heç də qadınları arxayınlaşdırmamalı, əksinə onların fəallığını, mübarizliyini daha da artırmalıdır. Məhz ciddi mübarizəyə hazır olan qadınların yeni parlamentə düşmək etimalı çoxdur./www.525.az/
Tarix: 24 Iyun 2010   |  Oxunub: 191 dəfə   |   Kateqoriya: Seçkilər haqqında
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net