Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

“KAMPANİYA MÜDDƏTİNİN AZALDILMASINI MƏQBUL SAYMIRAM”
“KAMPANİYA MÜDDƏTİNİN AZALDILMASINI MƏQBUL SAYMIRAM”Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı rəhbəri Məhərrəm Zülfüqarlı “Media forum” saytına açıqlamasında Seçki Məcəlləsinə dəyişiklik layihəsinə münasibət bildirib. Yeni Azərbaycan Partiyasının hazırladığı layihə iyunun 9-da parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən keçib. Seçki Məcəlləsinə təklif edilən dəyişiklikdə seçki kampaniyasının, o cümlədən seçki təbliğatının müddətini azaltmaq, qeydə alınan namizədlərə dövlətdən 200 manat vəsait ayrılması qaydasını ləğv etmək nəzərdə tutulur. Sənəd iyunun 18-də parlamentin plenar iclasında müzakirə olunacaq.
Seçki eksperti müxtəlif dövlərdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin təklif olunduğunu xatırladıb: “Ümumi rəy belədir ki, məcəlləyə dəyişiklik edilməli, sənəd təkmilləşdirilməlidir. İyunun 9-da Milli Məclisin komitəsində müzakirəyə çıxarılan təkliflər Yeni Azərbaycan Partiyasının mövqeyidir və buna hörmətlə yanaşılmalıdır. Ancaq nə müxalifət nümayəndələri, nə müstəqil ekspertlər, nə beynəlxalq təşkilatlar təklifləri müsbət qarşılayır”.
AVCİYA nümayəndəsinin fikrincə, hakim partiya məcəlləyə özünə uyğun dəyişiklik təklifləri verir: “Təkliflərdən biri odur ki, təşviqat üçün dövlətdən ayrılan vəsait ləğv olunsun. Bəllidir ki, bütün namizədlər imkanlı olmur. İndiki dövr üçün vəsaitin ləğvini düzgün hesab etmirəm. Müxtəlif namizədlər var ki, parlamentə düşməyə layiqdir, lakin maddi imkanları çatmır. Hesab edirəm ki, bu yardımın davam eləməsi vacibdir”.
Seçki kampaniyası müddətinin azaldılması məsələsinə gəlincə, Məhərrəm Zülfüqarlı müddətin 75 günə endirilməsinin tənqid olunduğunu xatırladıb: “İndi müddəti 60 günə azaldılması birmənalı qarşılanmır. Lakin ümumilikdə götürdükdə, təklif irəli sürmək, onu Milli Məclisdə, ictimaiyyətdə müzakirəyə çıxarmaq müsbət haldır. Bu, ölkədə seçki texnologiyasının inkişafına təkan verir”.
Ekspert seçki texnologiyasında üç amilin əsas olduğunu vurğulayıb: “Vaxt, maddi pesurs və insan resursu. Bunları düzgün bölən namizəd uğur əldə edə bilir. Namizədlərin bir çoxu beynəlxalq texnologiyanı bilmir. Seyid öz cəddinə arxayın olan kimi ərazidə tanınmağına, nüfuzuna arxayın olur. Bu, doğru yanaşma deyil. Vaxt məsələsinə gəlincə, seçki texnologiyasını bilən namizəd üçün müddətin o tərəfə-bu tərəfə çəkilməsinin o qədər də önəmi yoxdur. Amma ümumilikdə seçki üçün vaxt bölgüsünün böyük əhəmiyyəti var. Bilirsiniz ki, proqram tutarkən seçki günündən geriyə doğru plan qurulur. Misal üçün, 7 noyabrda seçki olacaqsa, vaxt o gündən geri hesablanmalıdır - 6 noyabr, 5 noyabr və sairə. Elə olmayanda namizəd özünə vaxt çatdıra bilməz. Bu vaxtı bölmək çox çətindir. İndiki dövrdə kampaniya müddətinin azaldılmasını məqbul saymıram. Çünki hələ çoxları seçki texnologiyası ilə işləməyi bacarmır”.
Amma ümumilikdə seçki üçün vaxt bölgüsünün böyük əhəmiyyəti var. Bilirsiniz ki, proqram tutarkən seçki günündən geriyə doğru plan qurulur. Misal üçün, 7 noyabrda seçki olacaqsa, vaxt o gündən geri hesablanmalıdır - 6 noyabr, 5 noyabr və sairə. Elə olmayanda namizəd özünə vaxt çatdıra bilməz. Bu vaxtı bölmək çox çətindir. İndiki dövrdə kampaniya müddətinin azaldılmasını məqbul saymıram. Çünki hələ çoxları seçki texnologiyası ilə işləməyi bacarmır”./www.mediaform.az/
Tarix: 11 Iyun 2010   |  Oxunub: 131 dəfə   |   Kateqoriya: Seçkilər haqqında
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net