|
Onlar bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olacaqlar Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası dekabrın 7-də Bakıya gələcək.Qurumun Bakı ofisindən verilən məlumata görə, nümayəndə heyəti Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə tanış olacaq.Səfər çərçivəsində qonaqlar hökumət, QHT-lərin nümayəndələri, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşəcəklər.Türkiyədən olan deputat Qaya Doğanoğlunun başçılıq edəcəyi müşahidə missiyası seçkilərin gedişini izləmək üçün dekabrın 21-24-də bir daha Azərbaycana səfərə gələcək. itv.az
|