|
Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) 411 yerli müşahidəçi qeydə alınıb. MSK-nın mətbuat xidmətindən cümə axşamı Trend News-a bildiriblər ki, öz təşəbbüsü əsasında 377, xüsusi icazə almış 15 müşahidəçi qeydə alınıb. Siyasi partiyalar tərəfindən irəli sürülən 5 müşahidəçi qeydə alınıb ki, bunlardan 4-ü Yeni Azərbaycan, biri isə Kommunist partiyasına aiddir. Qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə 14 müşahidəçi qeydə alınıb. Dairə seçki komissiyalarında (DSK) qeydə alınmış müşahidəçilərin sayı isə 4 621 nəfərdir. Siyasi partiyalar üzrə 1999, öz təşəbbüsü əsasında 2257, qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə 365 yerli müşahidəçi qeydə alınıb. Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək./Trend/
|