Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Sentyabr 2010 (19)
Avqust 2010 (70)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (11)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (3)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Seçkilərin şəffaflığında “exit-poll” və müşahidənin rolu

Azərbaycanın qərbə inteqrasiyasında prioritet məsələlərdən biri ədalətli və şəffaf seçkilərin keçirilməsidir. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanmış Fəaliyyət Planında 10 prioritet sahə müəyyən edilib ki, bunlardan da biri “Beynəlxalq tələblərə cavab verən ədalətli və şəffaf seçki prosesi vasitəsilə ölkədə demokratiyanın gücləndirilməsi” sahəsidir. Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra demokratik seçkilər üçün mühütin yaradılması istiqamətində müəyyən addımlar atılıb. Məsələn, 2003-ci ildə keçirilən prezident seçkilərində ilk dəfə olaraq şəffaf seçki qutularından istifadə edilib, İFES-in vasitəçiliyi və Almaniya, Niderland, ABŞ və Böyk Britaniya dövlətlərinin köməyi ilə nömrəli plastik kilidli 7500 ədəd daşınmayan, 4950 ədəd daşınan şəffaf seçki qutusu hazırlanıb ölkəyə gətirilib. Son seçkilərin əvvəlki seçkilərə nisbətən daha da təkmilləşdirilməsində Azərbaycan Respublikası Prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarıxlı sərəncamları müsbət təsir göstərib. Səsverənlərin barmağına mürəkkəb vurulması praktikasından istifadə olunması, ilk dəfə tətbiq olunan seçici vəsiqələrinin istifadəsi, seçici siyahılarının dərc edilməsi, xaricdən maliyyələşən bəzi yerli QHT-lər üzərindən seçkilərin müşahidəsi ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi və s. yeniliklər son parlament, prezident seçkilərinin və 18 mart 2009-cu il Referendumu üçün yaradılmış mühitin əvvəlkilərdən köklü surətdə fərqləndiyini göstərir.
Lakin bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatların da qeyd etdiyi kimi, Azərbaycanda daha demokratik və ədalətli seçkilərin keçirilməsi üçün hələ çox iş görmək lazımdır.
Avropa Şurası Parlament Assambleyasının 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabat müzakirə edilərək, 11627 saylı qətnamə layihəsi əlavə və dəyişiklərlə qəbul edilib. Qətnamədə aşağıdakı işlərin görülməsi tövsiyə olunub:
– Seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması;
– Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi;
– Dövlət tərəfindən maliyyələşdirilən telekanallarda siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması;
– Müxalifət partiyaların mitinq keçirmək hüququna təminat verilməsi.
Bu il dekabrın 23-də keçiriləcək seçkilərdə 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Sayca üçüncü olan bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün “exit-poll” və müşahidənin keçirilməsinin mühüm əhəmiyyəti var. “Exit-poll” və seçkilərin müşahidəsi seçkilər zamanı saxtakarlıq hallarının aradan qaldırılması və şəffaflığın təmin olunmasına mühüm rol oynayır. Seçkiləri müşahidə sahəsində ölkədə artıq kifayət qədər təcrübə olsa da, “exit poll” barədə seçicilər arasında məlumat nisbətən azdır. Seçkilərin monitorinqi zamanı müşahidəçilər əsasən – səsvermə başlamazdan əvvəl məntəqənin səsvermə üçün yararlılığını yoxlayır, seçici siyahısı ilə tanış olur, səsvermə başladığı vaxtdan səsvermənin nəticələri üzrə rəsmi protokalların tərtib olunmasına kimi prosesini, seçicilərin səslərinin təkrar hesablanmasını, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə edir, müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb edir, nəticələr haqqında rəsmi protokollarının surətlərini əldə edir və s.
Bəs “exit poll” nədir? “Exit-poll” vətəndaşların seçki günü verdikləri səslərin təkrar sayılması deməkdir. “Exit-poll” səslərin sayının yoxlanılmasının bir yoludur. Bu, əsasən seçki məntəqəsindən bir qədər aralıda qoyulan seçki qutularına təkrar səs verilməsi yolu ilə aparılır. Yəni seçki günü sorğu aparan əməkdaşlar təsadüfi üsulla seçdikləri seçicilərə məntəqələri tərk etdikləri zaman kimə səs verdikləri haqqında sual verməklə və seçicilərin qısa anketi cavablandırmaqla həyata keçirilir. “Exit poll”da iştirak könüllü və anonimdir. Sorğu anonim aparılır və sorğu aparanlar seçicinin cavablarını heç kimə göstərməməlidirlər. Sorğu edilən seçicilər “exit poll” sorğu vərəqini təklikdə doldurur, cavablarının gizli qalmasına əmin olmaq üçün doldurulmuş vərəqləri “exit poll” qutusuna atırlar. Səslərin hesablanmasının yekun nəticələri “exit poll”un gözlənilən xəta həddindən kənara çıxarsa, bu zaman səslərin rəsmi hesablanmasının saxta olması barədə şübhələr yaranır.
Ölkədə ilk dəfə “exit-poll” tədqiqatının Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2004-cü ilin dekabrında bələdiyyə seçkilərində həyata keçirib. Bu iş sonradan 2005-ci il parlament, 2008-ci il prezident və 2009-cu il 18 martda keçirilmiş Referendumda daha da təkmilləşdirilib.
AVCİYA “Seçki Məcəlləsi”nin eksperizasını keçirərək Avropa Şurası Parlament Assambleyasının 4 tövsiyəsinə uyğun olaraq may, iyun və oktyabr aylarında üç sənədi hazırlayaraq ictimaiyyətə təqdim edib. Bu sənədlər və seçkilərlə bağlı nəşr olunmuş kitabların elektron variantları www.avciya.az saytında tanış olmaq mümkündür.
Qarşıdan gələn bələdiyyə seçkilərində AVCİYA 1600 məntəqədə seçkiləri müşahidə etməyi planlaşdırır. Bundan əlavə “Els” təşkilatı ilə birlikdə “exit poll” da təşkil olunacaq. Hazırda müşahidəçilərin sənədlərinin hazırlanması və qeydiyyatdan keçirilməsi işləri aparılır. Bundan sonra regionlarda müşahidəçilər üçün seminarların keçirilməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı 9 oktyabrdan 19 dekabra qədər seçkiqabağı ictimai-siyasi vəziyyətin və KİV-in monitorinqi aparılır.
Bütün görülən işlər bələdiyyə seçkilərinin ədalətli və şəffaf keçirilməsinə xidmət edir. Son illər qanunvericiliyə edilən dəyişiklər QHT-lərin ölkə daxilində fəaliyyətlərinin genişlənməsinə və onların seçki prosesində daha fəal iştirakına şərait yaradıb. Bunun da vətəndaş cəmiyyəti quruculuğuna müsbət təsiri danılmazdır.
Tarix: 13 Noyabr 2009   |  Oxunub: 69 dəfə   |   Kateqoriya: Seçkilər haqqında
Son xəbərlər
08/09/2010 Parlament seçkilərinə hazırlaşan, həm də hazırlaşmayan KİV-lər də var
08/09/2010 AXCP və Müsavatın vahid namizədlər siyahısı açıqlanıb - SİYAHI
08/09/2010 AXCP Ali Məclisi Müsavatla AXCP arasında razılaşdırılmış vahid namizədlər siyahısını təsdiq edib
08/09/2010 Klassik Xalq Cəbhəsi Partiyası deputatlığa namizədlərinin siyahısını açıqlayıb - SİYAHI
08/09/2010 Qeydiyyat barədə qərar 48 saat müddətində KİV-ə təqdim edilməlidir
08/09/2010 Sual-cavab
08/09/2010 Məmurların və bələdiyyə üzvlərinin imza toplaması qadağandır
08/09/2010 AVCİYA cənub bölgəsində seçkilərə hazırdır
08/09/2010 ASDP seçkilərdə iştirak edəcək namizədlərin adlarını açıqlayıb
07/09/2010 AVROPA ŞURASI SEÇKİLƏRƏ HAZIRLIQ ÇƏRÇİVƏSİNDƏ
07/09/2010 Ekspertlərin fəaliyyət planı müzakirə olunmuşdur
07/09/2010 Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə böyük əhəmiyyət verir - Veronika Kotek
07/09/2010 Avropa Şurası və seçkilər
06/09/2010 Seçkilərdə medianın rolu
06/09/2010 AVCİYA seçki maarifçiliyinin 3-cü mərhələsinə başladı
06/09/2010 Sual-cavab
06/09/2010 Qadınların seçkilərdə iştirakına maneə stereotiplərdir
06/09/2010 Parlamentarizmin tarixi
06/09/2010 Seçki komissiyalarının formalaşdırılmasında müxtəlif ölkələrin təcrübəsi Sloveniya
31/08/2010 Parlament seçkilərində “Seçkilər” Dövlət İnformasiya Sistemindən istifadə ediləcək
31/08/2010 Azərbaycanın müxalif partiyaları daha beş seçki dairəsi üzrə razılıq əldə ediblər
31/08/2010 SAM parlament seçkilərinə dair təhlili arayışlar hazırlayır
31/08/2010 “Qarabağ”da 9 seçki dairəsi qaldı
31/08/2010 Etibar Məmmədov hələ fikirləşir, sədr qərarını verib
31/08/2010 62 məntəqə yeni otaqlarla təmin olunacaq, 1076-da isə təmir işləri aparılacaqdır
31/08/2010 Müsavat Partiyası daha iki dairədə AXCP-yə güzəştə gedib
30/08/2010 Azərbaycanın Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayacaq
30/08/2010 AŞ PA-nın müşahidəçi missiyası Azərbaycana oktyabrın ikinci yarısında səfər edəcək
30/08/2010 “İslahat” seçki blokunun yaradılmasına dair niyyət protokolu imzalanıb
30/08/2010 Seçkilərlə maraqlanan beynəlxalq qurumların mütərəqqi, konstruktiv fikirləri təqdir olunur
30/08/2010 Azərbaycanda daha bir seçki bloku yaradılıb
30/08/2010 Azərbaycanın müxalifət blokuna daha bir partiya qoşulub
30/08/2010 Azərbaycanın iqtidaryönlü partiyası seçkilərə blok şəklində getmək istəyir
30/08/2010 MSK ATƏT və seçkilərlə maraqlanan digər beynəlxalq təşkilatların fəaliyyətini həmişə izləyir
27/08/2010 Aydınlar Partiyası “Qarabağ” Seçki Blokuna daxil olmaq istəyir
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net