Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Sentyabr 2010 (19)
Avqust 2010 (70)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (11)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (3)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

PRESS – RELIZ
PRESS – RELIZPRESS – RELIZPRESS – RELIZ










PRESS – RELIZ
12.06.2009

AZƏRBAYCAN RESPUBLİKASINDA KEÇİRİLƏCƏK BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASININ (AVCİYA) “ SEÇKİ MƏCƏLLƏSİ”NƏ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI

TƏKLİFLƏR PAKETİ

II Sənəd

Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2009 – cu il bələdiyyə seçkiləri ərəfəsi “Seçki Məcəlləsi”nin eksperizasını keçirərək Avropa Şurası Parlament Assambleyasının 2008 – ci il yay sessiyasında müzakirə olunmuş “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatın 11627 saylı qətnaməsində irəli sürülən “Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi” tövsiyyəsinə uyğun olaraq Seçki Məcəlləsinin 24 maddəsinə, konkret olaraq 112.1, 112.3, 112.4, 112.5.10, 112.7, 112.10, 112.11, 112-1.1, 112-1.4.3, 112-1.4.5, 112-1.5.3, 112-1.6.2, 112-1.6.7, 112-1.7, 112-1.8, 112-1.9, 112-1.10,112-1.13, 112-1.14.1, 112-1.14.2, 113.1, 114.1, 114.4, 115.1.6 maddələrinə aşağıdakı təklifləri irəli sürür:

On altıncı fəsil

VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ
POZULMASINDAN ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT


Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi

112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkət¬sizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq( “3 gün müddətində” – sözləri çıxarılır) şikayət edə bilərlər.

112.3 Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər Apellyasiya Məhkəməsinə, kasasiya qaydasında Ali Məhkəməyə şikayət edə bilərlər.

112.4 Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şika-yətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət etmlidir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata dərhal baxmalıdır.

112.5.10 şağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir. Aşağı seçki komissiyası qərarın surətini şıkayətçiyə verməkdən imtina etdiyi təqdirdə şikayət ünvanlanan seçki komissiyası bunu təmin etməlidir.

112.7. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar başa çatana qədər bu Məcəllə ilə seçilmiş sayılan namizədin səlahiyyətləri dayandırılır. Namizəd seçki prosesi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə ona aid olan faktlar barədə şahid ifadələri verməlidir.

112.10 Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar təcili, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

112.11 Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr dərhal baxmalıdırdar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət ( 3 gün müddətində - sözləri çıxarılıb) verilə bilər.

Maddə 112-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması

112-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət, seçki komissiyalarından asılı olmayan şəxslərdən ibarət müstəqil ekspert qrupları yaradılır. Həmin qrupların işində seçki problemləri ilə məşğul olan QHT nümayəndələri, müstəqil hüquqşünaslar da iştirak edə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

112-1.4.3. əlavə məlumat almaq üçün (Mərkəzi Seçki Komissiyası vasitəsilə - sözləri çıxarılıb) müvafiq dövlət orqanlarına müraciət etmək;

112-1.4.5. Səlahiyyətlərinə uyğun digər tədbirlər görmək.

112-1.5. Vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının ekspert qrupları aşağıdakı tələblərə riayət etməlidir:

112-1.5.3. şikayət bu Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, ekspert qrupu şikayəti təqdim edən şəxsi dəvət etməklə ərizənin Məcəlləyə uyğunlaşdırılmasını təmin etməlidir;

112-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) aidiyyatı dövlət orqanlarına şikayət edilə bilər. Müvafiq ekspert qrupu üzvünün fəaliyyətində səhlənkarlık, səlahiyyətdən sui – istifadə, sübyektivizm və s. hallar aşkara çıxarsa o qanuna müvafiq olaraq məsuliyyətə cəlb edilir.

112-1.6.7. MSK və DSK – da şikayətlərə baxmaqdan əsassız olaraq imtina edilərsə, seçki komissiyası və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsi (şəxsləri) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir.

112-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirib, bildirməməsindən asılı olmayaraq iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir.

112-1.8. İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Şikayətçi və ya onun səlahiyyətli nümayəndəsinin iclasda iştirakı təmin edilir və ona öz şikayətini iclasda izah etmək üçün şərait yaradılır. Qərarı müzakirə olunan seçki komissiyasının nümayəndəsi də iclasa dəvət olunur və ona da verilən qərarı əsaslandırmaq üçün eyni şərait yaradılır.

112-1.9. Şikayətçinin sənədlər və (ekspert vasitəsilə - sözləri çıxarılır) yeni dəlillər təqdim etmək hüququ vardır.

112-1.10. Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərarı şikayət daxil olduqdan dərhal sonra qəbul etməlidir.

112-1.13. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur, internet səhifəsinə yerləşdirilir, şikayətçiyə çatdırılır və 24 saatdan gec olmayaraq dərc olunur

112-1.14. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır:

112-1.14.1. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra ( 3 gün ərzində - sözü çıxarılıb) daxil olmalıdır;

112-1.14.2. şikayətlər adiyyatı Azərbaycan Respublikası vətəndaşları tərəfindən verilməlidir.

Maddə 113. Qeydə alınmış namizədin, referen¬dum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi

113.1. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir. Seçki komissiyası namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun bu Məcəllənin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallarda qeydiyyatının ləğv edilməsi barədə, namizədin seçilməsinin etibarsız sayılması barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv edilməsi barədə, bu Məcəllənin 112.2-ci maddəsi nəzərə alınmaqla xəbərdarlıq edilməklə qərar qəbul etmək hüququna malikdir.

Maddə 114. Səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyalarının qərarlarının ləğv edilməsi

114.1 Qeydə alınmış namizədin, siyasi partiyanın, si-yasi partiyalar blokunun, referendum üzrə təşviqat qru-punun bu Məcəllənin 88.4-cü maddəsində göstərilən və seçkilərin nəticələrini düzgün müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları seçkilərin ilkin nəticələrinin rəsmi dərc edilməsindən sonra aşkara çıxarıldıqda Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının rəsmi dərc edil-məsinədək namizədin seçilməsinin və ya referendumun yekunlarının etibarsız sayılması haqqında Apellyasiya Məhkəməsinə müraciət etməlidir.

114.4 Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə və bu cür pozuntular kütləvi xarakter daşıdıqda onların seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas olub, olmaması MSK tərəfindən müstəqil ekspertlərin iştirakı ilə ciddi araşdırmalı və sonra yekun qərar qəbul olunmalıdır.

Maddə 115. Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət

115.1.6 namizədlərin şərəf və ləyaqətini təhqir edən hərəkətləri edənlər (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz)


AVCİYA MƏTBUAT XİDMƏTİ
Tarix: 13 Iyun 2009   |  Oxunub: 117 dəfə   |   Kateqoriya: Seçkilər haqqında
Son xəbərlər
08/09/2010 Parlament seçkilərinə hazırlaşan, həm də hazırlaşmayan KİV-lər də var
08/09/2010 AXCP və Müsavatın vahid namizədlər siyahısı açıqlanıb - SİYAHI
08/09/2010 AXCP Ali Məclisi Müsavatla AXCP arasında razılaşdırılmış vahid namizədlər siyahısını təsdiq edib
08/09/2010 Klassik Xalq Cəbhəsi Partiyası deputatlığa namizədlərinin siyahısını açıqlayıb - SİYAHI
08/09/2010 Qeydiyyat barədə qərar 48 saat müddətində KİV-ə təqdim edilməlidir
08/09/2010 Sual-cavab
08/09/2010 Məmurların və bələdiyyə üzvlərinin imza toplaması qadağandır
08/09/2010 AVCİYA cənub bölgəsində seçkilərə hazırdır
08/09/2010 ASDP seçkilərdə iştirak edəcək namizədlərin adlarını açıqlayıb
07/09/2010 AVROPA ŞURASI SEÇKİLƏRƏ HAZIRLIQ ÇƏRÇİVƏSİNDƏ
07/09/2010 Ekspertlərin fəaliyyət planı müzakirə olunmuşdur
07/09/2010 Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə böyük əhəmiyyət verir - Veronika Kotek
07/09/2010 Avropa Şurası və seçkilər
06/09/2010 Seçkilərdə medianın rolu
06/09/2010 AVCİYA seçki maarifçiliyinin 3-cü mərhələsinə başladı
06/09/2010 Sual-cavab
06/09/2010 Qadınların seçkilərdə iştirakına maneə stereotiplərdir
06/09/2010 Parlamentarizmin tarixi
06/09/2010 Seçki komissiyalarının formalaşdırılmasında müxtəlif ölkələrin təcrübəsi Sloveniya
31/08/2010 Parlament seçkilərində “Seçkilər” Dövlət İnformasiya Sistemindən istifadə ediləcək
31/08/2010 Azərbaycanın müxalif partiyaları daha beş seçki dairəsi üzrə razılıq əldə ediblər
31/08/2010 SAM parlament seçkilərinə dair təhlili arayışlar hazırlayır
31/08/2010 “Qarabağ”da 9 seçki dairəsi qaldı
31/08/2010 Etibar Məmmədov hələ fikirləşir, sədr qərarını verib
31/08/2010 62 məntəqə yeni otaqlarla təmin olunacaq, 1076-da isə təmir işləri aparılacaqdır
31/08/2010 Müsavat Partiyası daha iki dairədə AXCP-yə güzəştə gedib
30/08/2010 Azərbaycanın Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayacaq
30/08/2010 AŞ PA-nın müşahidəçi missiyası Azərbaycana oktyabrın ikinci yarısında səfər edəcək
30/08/2010 “İslahat” seçki blokunun yaradılmasına dair niyyət protokolu imzalanıb
30/08/2010 Seçkilərlə maraqlanan beynəlxalq qurumların mütərəqqi, konstruktiv fikirləri təqdir olunur
30/08/2010 Azərbaycanda daha bir seçki bloku yaradılıb
30/08/2010 Azərbaycanın müxalifət blokuna daha bir partiya qoşulub
30/08/2010 Azərbaycanın iqtidaryönlü partiyası seçkilərə blok şəklində getmək istəyir
30/08/2010 MSK ATƏT və seçkilərlə maraqlanan digər beynəlxalq təşkilatların fəaliyyətini həmişə izləyir
27/08/2010 Aydınlar Partiyası “Qarabağ” Seçki Blokuna daxil olmaq istəyir
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net