SEÇKİ - 2013

“Prezidentin iş qrafiki barədə xəbərlərdə seçki ilə bağlı məqam hiss olunmamalıdır”

 

“Prezidentin iş qrafiki barədə xəbərlərdə seçki ilə bağlı məqam hiss olunmamalıdır”

 

“Prezidentin iş qrafiki barədə xəbərlərdə seçki ilə bağlı məqam hiss olunmamalı, bu xəbərlər məlumat xarakterli olmalıdır”.

 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi brifinqdə deyib.

 

Fəaliyyətdə olan prezidentin iş qrafikinə uyğun xəbərlərin verilməsinin seçki təşviqatı kimi yozulmasına münasibət bildirən M. Pənahov qeyd edib ki, dünya təcrübəsində də bu məsələ sadə şəkildə tənzimlənir: “Ölkə prezidentinin tədbirlərini vermək normaldır. Bundan başqa, mətbuatın xəbər vermək hüququ toxunulmazdır. Bunu heç kim məhdudlaşdıra bilməz. Avropalı həmkarlarımızla da bununla bağlı müzakirələrimiz olub. Onlar bunu təəccüblə qarşılayırlar. Çünki bunun qarşısı heç bir şəkildə alına bilməz”.

 

M. Pənahov əlavə edib ki, yalnız Seçki Məcəlləsinin müddəalarını pozan məsələlərə yer verməməlidir: “Prezident kimi fəaliyyəti yaymaqda heç bir problem yoxdur. Çünki xəbər xarakterli məsələdə heç bir məhdudiyyət ola bilməz”.

Tarix: 16-09-2013, 23:49 | Oxunub: 264 dəfə | Kateqoriya:---