Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının sədri Azərbaycanın Bişkekdəki səfirliyində olub

Aprelin 11-də Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının (RSMK) sədri Nurcan Şayldabekova Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar ölkəmizin Bişkekdəki səfirliyində fəaliyyət göstərən 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibindəki 33 saylı seçki məntəqəsinə gələrək burada yaradılan şəraitlə tanış olub.

Nurcan Şayldabekova Azərbaycanda keçirilən prezident seçkilərini mətbuatdan izlədiyini qeyd edib. O, ölkədə, eləcə də rəhbərlik etdiyi qurumun nümayəndələrinin müşahidələrinə əsasən səfirlikdə də seçkilərin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. Komissiyanın sədri seçkilərin uğurla keçməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. O, Azərbaycanda keçirilən seçkilərin müşahidəçiləri arasında Qırğızıstan RSMK, MDB, ŞƏT, TürkPA missiyaları tərkibində çoxsaylı müşahidəçilərin olduğunu bildirib.

Səfir Hidayət Orucov xatırladıb ki, 2017-ci il oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərində Azərbaycandan da böyük nümayəndə heyəti müşahidəçi qismində iştirak edib.

Hidayət Orucov və Nurcan Şayldabekova görüş zamanı gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

 

1905.az STUDIO
info@azerbaijan-election.net