Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

“Opinion Way”: Seçicilərin 86,53 faizi İlham Əliyevə səs verib

Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə Azərbaycanda prezident seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb. Sechki-2018.az saytının məlumatına görə, nəticələr aşağıdakı kimidir:

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev – 86,53%;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 2,92%;
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,21%;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,10%;
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,03%;
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,73%;
“Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,67%;
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,81%.

Bildirilib ki, “exit-poll” Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.

1905.az STUDIO
info@azerbaijan-election.net