Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Seçkiləri 57 min 373 yerli müşahidəçi izləyəcək

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş yerli müşahidəçilərin sayı ilə bağlı son statistika açıqlanıb. MSK-nın Media və ictimai əlaqələr şöbəsindən sechki-2018.az saytının xəbərinə görə,  prezident seçkiləri ilə əlaqədar 57 min 373 yerli müşahidəçi akkreditə olunub.

Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar ölkə üzrə müşahidə ilə bağlı MSK-ya sənədlərin təqdim edilməsi üçün ayrılan müddət aprelin 1-dək olan dövrü əhatə edib. Dairələr üzrə seçkilərin müşahidəsi ilə bağlı dairə seçki komissiyalarına sənədlərin təqdim edilməsi üçün ayrılan müddət isə aprelin 6-dək olan dövrü əhatə edir.

 

https://www.sechki-2018.az/az/view/news/1334/sechkileri-57-min-373-yerli-mushahidechi-izleyecek-

1905.az STUDIO
info@azerbaijan-election.net