Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

AŞPA-nın 33 nəfərlik müşahidə missiyası prezident seçkilərini izləyəcək

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Sechki-2018.az saytının məlumatına görə, bu barədə AŞPA-nın ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, 33 nəfərlik nümayəndə heyətinə rumıniyalı deputat Viorel Rikard Badea rəhbərlik edəcək. Onlar  ATƏT Parlament Assambleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə seçkiləri izləyəcəklər.

Qeyd edilir ki, missiyanın namizədlər və ya onların nümayəndələri, siyasi partiya rəhbərləri və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşləri nəzərdə tutulur. Nümayəndə heyətinə səfər zamanı Venesiya Komissiyasının üzvü – Avropa Şurasının müstəqil hüquqi ekspertlər qrupu hüquqi yardım göstərəcək.

Missiyanın aprelin 10-da Bakıya gəlməsi gözlənilir. Onlar seçki ilə bağlı ilkin rəylərini aprelin 12-də açıqlayacaqlar.

 

https://www.sechki-2018.az/az/view/news/1337/ashpa-nin-33-neferlik-mushahide-missiyasi-prezident-sechkilerini-mashahide-edecek

1905.az STUDIO
info@azerbaijan-election.net