Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi MSK-da akkreditasiyadan keçib

Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Onlar 58 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır. Bu barədə sechki-2018.az saytına MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

Şahin Əsədli qeyd edib ki, eyni zamanda, indiyədək 56 min 864 yerli müşahidəçi də akkreditasiyadan keçib. Onlardan 1962-si  MSK-da akkreditasiyadan keçərək bütün ölkə ərazisində, 54 min 902-si isə isə dairə seçki komissiyalarında akkreditasiyadan keçərək müvafiq dairənin hüdudları daxilində müşahidə aparmaq hüququ qazanıb.

O, əlavə edib ki, bütün bunlarla yanaşı, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 5099 məşvərətçi səs hüquqlu üzv təyin olunub.

https://www.sechki-2018.az/az/view/news/1253/prezident-sechkilerini-izlemek-uchun-871-beynelxalq-mushahidechi-msk-da-akkreditasiyadan-kechib

1905.az STUDIO
info@azerbaijan-election.net