Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

1455 seçki məntəqəsinə panduslar quraşdırılıb

Fiziki qüsurlu seçicilərin səsvermə hüququndan rahat şəkildə istifadə etməsi məqsədilə 1455 seçki məntəqəsinə panduslar quraşdırılıb. Bu barədə sechki-2018.az saytına Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Məlumata görə, 2015-ci il parlament seçkilərində pandus quraşdırılan seçki məntəqələrinin sayı 999 olub.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi və 5426 seçki məntəqəsi fəaliyyət göstərir.

 

https://www.sechki-2018.az/az/view/news/1196/1455-sechki-menteqesine-panduslar-qurashdirilib

1905.az STUDIO
info@azerbaijan-election.net