Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Bolqarıstandan olan müşahidə missiyası siyasi partiya təmsilçiləri ilə görüşüb

Bolqarıstanın “Azad və Demokratik Seçkilər Uğrunda Vətəndaş Təşəbbüsü” Təşkilatının üzvləri siyasi partiya təmsilçiləri ilə görüşüb. Sechki-2018.az saytının xəbərinə görə, görüşdə Yeni Azərbaycan Partiyasının təmsilçisi Sevinc Fətəliyeva, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli, Azərbaycan Sosial Demokrat Partiyasının sədr müavini Təhməz Məmmədov, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli və Sosial Rifah Partiyasının nümayəndəsi Səadət Hüseynova, Zahid Orucun sələhiyyətli nümayəndəsi İlqar Kərimov iştirak edib.

Seçki kampaniyasının maliyyələşməsi ilə bağlı suala cavab verən Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri sədri Elşən Musayev bildirib ki, ötən seçkilərdə 3 faizlik səs baryerinə keçə bilməyən namizədlərə verilmiş vəsaiti geri almaq mümkün olmadığı üçün bu seçkilərdə vəsait namizədə deyil, birbaşa təbliğat kampaniyasına yönəldilib.

İmzatoplama və namizədlərin qeydə alınması ilə bağlı sualı cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bu prosesdə heç bir qanun pozuntusu olmadığını vurğulayıb.

Vəhdət partiyasının sədri Tahir Kərimli sabitliyin təminatçısı olan İlham Əliyevi dəstəklədiyini bildirib.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli seçki komissiyalarının tərkibi ilə bağlı narazılığını bildirib.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev ötən seçkilərlə müqayisədə imzatoplama prosesinin normal keçdiyini və zəruri sayda imza topladığını bildirib. Fuad Əliyev qeyd edib ki, bu  seçkilərdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun xeyrinə öz namizədliyini geri götürüb.

 

 

https://www.sechki-2018.az/az/view/news/1061/bolqaristandan-olan-mushahide-missiyasi-siyasi-partiya-temsilchileri-ile-gorushub

 

1905.az STUDIO
info@azerbaijan-election.net