Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Nilza Sena Azərbaycanda keçiriləcək prezident seçkilərində ATƏT PA-nın missiyasının xüsusi koordinatoru təyin olunub

ATƏT PA-nın Elm,Texnologiya, Ətraf mühit və İqtisadi məsələlər komitəsinin sədri portuqaliyalı parlamentar Nilza Sena ATƏT PA-nın Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qısamüddətli missiyasına xüsusi koordinator təyin olunub. Sechki-2018.az saytının məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatda deyilir.

 

Parlamentar hazırda ATƏT-PA prezidenti Georgi Tsereteli ilə birlikdə Azərbaycanda səfərdədir. O hazırda seçki ilə əlaqədar şəxslərlə, o cümlədən ATƏT DTİHB-in müşahidə missiyası ilə görüşlər keçirir. Bildirilir ki, ATƏT PA seçki günü səsvermə prosesini izləmək niyyətindədir.

 

https://www.sechki-2018.az/az/view/news/654/nilza-sena-azerbaycanda-kechirilecek-prezident-sechkilerinde-atet-pa-nin-missiyasinin-xususi-koordinatoru-teyin-olunub

1905.az STUDIO
info@azerbaijan-election.net