Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Səbail seçki dairəsi üzrə 12 məntəqədə veb-kameralar quraşdırılıb

29 saylı Səbail seçki dairəsində aprelin 11-də keçiriləcək prezident seçkisinə hazırlıq işləri davam edir.

Dairə seçki komissiyasının sədri Cahangir Məmmədovun sechki-2018.az saytına verdiyi məlumata görə, dairə üzrə 30 daimi, 13 müvəqəti məntəqə yaradılıb. 12 məntəqədə veb-kameralar quraşdırılıb.

Seçki dairəsi üzrə seçicilərin ümumi sayının 38 min 782 nəfər olduğunu deyən C.Məmmədov 280 nəfərin ilk dəfə səs verəcəyini qeyd edib. Dairə seçki komissiyasının sədri əlavə edib ki, bugünədək 50-yə qədər müşahidəçi qeydiyyatdan keçib.

Prezident seçkilərinə hazırlıq işlərinin yüksək səviyyədə getdiyini deyən C.Məmmədov qeyd edib ki, məntəqələr bütün zəruri avadanlıqlarla təmin olunub.

 

http://secki-2018.az/az/view/news/542/sebail-sechki-dairesi-uzre-12-menteqede-veb-kameralar-qurashdirilib-

1905.az STUDIO
info@azerbaijan-election.net