Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

ATƏT/DTİHB prezident seçkilərini Azərbaycanın bütün regionlarında izləyəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyası prezident seçkilərini Azərbaycanın bütün regionlarında izləyəcək. Sechki-2018.az saytının məlumatına görə, bunu ATƏT/DTİHB-nin müşahidə missiyasının rəhbəri xanım Korin Yonker deyib.
K.Yorkerin başçılıq etdiyi missiya Bakıda 11 ekspertdən ibarət heyət, regionlarda isə 20 uzunmüdddətli müşahidəçidən ibarətdir. Missiya martın 15-dən etibarən regionlarda müşahidələrə başlayacaq.

Müşahidəçilər namizədlərin qeydə alınması prosesini, seçkiqabağı kampaniyanın aparılmasını, seçki məsələlərinin həllinin hüquqi çərçivədə həyata keçirilməsində seçki administrasiyası və müvafiq dövlət orqanlarının işini izləyəcək. Həmçinin müşahidəçilər seçki məntəqələrinin açılması, səsvermə, seçki bülletenlərinin sayılması və nəticələrin hesablanması prosesinə nəzarət edəcək.

 

1905.az STUDIO
info@azerbaijan-election.net