Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Prezidentliyə namizədlərin sayı dördə çatıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadənin, prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb. Sechki-2018.az saytının xəbərinə görə, MSK katibi Arifə Muxtarova deyib ki, Araz Əlizadənin və Qüdrət Həsənquliyevin müdafiəsi üçün toplanan imzalar MSK-ya təqdim edilib, Mərkəzi Seçki Komissiyası həmin imzaları yoxlayıb, onların prezidentliyə namizədliyinin qeydə alınması üçün əsaslar var.

Hər iki şəxsin namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

http://secki-2018.az/az/view/news/523/prezidentliye-namizedlerin-sayi-dorde-chatib

1905.az STUDIO
info@azerbaijan-election.net