Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Məzahir Pənahov: Müstəqil Media Mərkəzinin məqsədi seçkilərdə aşkarlığı təmin etməkdir

Müstəqil Media Mərkəzinin yaradılmasında məqsəd seçkilərdə aşkarlığı təmin etmək, ictimaiyyəti daim məlumatlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri qeyd edib ki, seçkilərlə bağlı media mərkəzlərinin yaradılması beynəlxalq təcrübədə özünü doğruldub. Qabaqcıl ölkələrdə belə mərkəzlər fəaliyyət göstərir. Məqsəd seçki prosesinin ədalətli və şəffaf keçirilməsinə nail olmaqdır. Azərbaycan bu təcrübədən 2000-ci ildən etibarən istifadə edir. Zaman keçdikcə bu, daha da təkmilləşdirilir.

Məzahir Pənahov mərkəzin tamamilə müstəqil fəaliyyət göstərdiyini vurğulayaraq deyib: “Mərkəz müasir telekommunikasiya imkanları ilə təmin olunub. Seçki subyektləri, namizədlər və onların səlahiyyətli nümayəndələri öz fikirlərini ictimaiyyətə çatdırmaq üçün mərkəzin imkanlarından istifadə edə bilərlər. Bununla yanaşı, yerli və beynəlxalq media nümayəndələrinin mərkəzdən istifadəsi üçün də lazımi şərait yaradılıb”.

1905.az STUDIO
info@azerbaijan-election.net