Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

Daha bir nəfərin prezidentliyə namizədliyi qeydə alınıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən Oruc Zahid Məhərrəm oğlunun namizədliyinin qeydə alınması məsələsinə baxılıb. Sechki-2018.az saytının xəbərinə görə, MSK katibi Arifə Muxtarova deyib ki, Zahid Orucun səlahiyyətli nümayəndələri namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim edib.

MSK-da fəaliyyət göstərən İşçi Qrupun rəhbəri Etibar Quliyev deyib ki, Z.Orucun namizədliyinin müdafiəsi üçün MSK-ya 44 min 624 imza təqdim olunub. O bildirib ki, bütün imzalar yoxlanılıb, etibarsız imzaların sayı 4 303-dür.

Qeyd olunub ki, onun namizədliyinin qeydə alınması üçün əsaslar var. Z.Orucun namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılıb, onun prezidentliyə namizədliyi qeydə alınıb.

 

http://secki-2018.az/az/view/news/520/daha-bir-neferin-prezidentliye-namizedliyi-qeyde-alinib-

 

1905.az STUDIO
info@azerbaijan-election.net