Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Fevralın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 15 noyabr 2017-ci il və 6 fevral 2018-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq dəyişikliklər təsdiq edilib.

İclasda həmçinin, bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər edilib.

Beynəlxalq və xarici qurumların, eləcə də k
ütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi

 

http://www.msk.gov.az/az/newsmsk/950/

 

1905.az STUDIO
info@azerbaijan-election.net