Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.

MSK xəbərləri

Qanunvericilik

YAP-ın namizədi İlham Əliyev olacaq

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral – gənclər gününə həsr olunmuş tədbiri keçirilib. Tədbir zamanı YAP sədrinin müavini -icra katibi Əli Əhmədov seçkilərdə hakim partiyanın namizədinin prezident İlham Əliyev olacağını açıqlayıb.

“YAP gəncləri hakim partiyanın layiqli varisləridir”. Bu sözləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir zamanı YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov YAP gənclərinin hakim partiyanı layiqincə təmsil etdiyini açıqlayıb. Onların əsas vəzifələrinin ictimai-siyasi həyatda fəal iştirak etmək olduğunu bildirib. Partiya sıralarında təmsil olunan gəncləri ictimai, sosial mesajların çatdırılması baxımından sosial şəbəkələrdə də fəal olmağa çağırıb.

Tədbir zamanı YAP-ın prezidentliyə namizədinin adı da açıqlanıb. Hakim partiyanın namizədi Prezident İlham Əliyev olacaq. Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov gəncləri seçkilərdə yüksək fəallıq nümayiş etdirməyə çagırıb. Onun sözlərinə görə, İlham Əliyevin cəmiyyətdə yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır.

Qeyd edək ki, tədbir zamanı bir qrup gəncə YAP-ın vəsiqələri təqdim olunub.

1905.az STUDIO
info@azerbaijan-election.net