Azərbaycanda keçirilmiş prezident seçkiləri Pakistanda maraqla izlənmişdir

Azərbaycanda keçirilmiş prezident seçkiləri Pakistanın nüfuzlu kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Pakistanın ən böyük tirajlı urdu dilli “Navai Vakt”, “Janq”, ingilis dilli “Daily Times”, “ The News” qəzetləri, həmçinin “DNA News” və “Lahor Times” informasiya agentlikləri, “Radio Pakistan”, “PTV” televiziya kanalı, “Centreline” və “Diplomatic Star” jurnalları Azərbaycanda keçirilmiş seçkilərin 60 yaxın ölkənin təmsilçiləri, həmçinin ATƏT, Avropa Şurası, AŞPA, Avropa İttifaqı, Türkdilli Ölkələrin Parlament Assambleyası , MDB və digər təşkilatlardan olan 1400-dən çox xarici və 52 min yerli müşahidəçi tərəfindən izləndiyini vurğulamışlar. Qeyd olunmuşdur ki, senator Müşahid Hüseynin rəhbərliyi ilə 16 nəfərdən ibarət Pakistan nümayəndə heyəti də prezident seçkilərini izləmək məqsədi ilə Azərbaycana səfər etmişdir.

Həmçinin bildirilmişdir ki, 1000-dən çox seçki məntəqəsində quraşdırılmış veb-kameralar seçkiləri internet vasitəsi ilə canlı müşahidə etməyə imkan vermiş, dünyanın yüzdən çox aparıcı KİV-ləri seçkilərdən reportajlar hazırlamışdır.

Məqalələrdə tam şəffaf və demokratik şəkildə keçirilmiş seçkilərdə İlham Əliyevin 84 faizdən çox səslə inamlı qələbə qazandığı qeyd olunmuşdur. Pakistan nümayəndə heyətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyi barədə məlumat verilmiş və bildirilmişdir ki, görüşdə Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə görə minnətdarlıq hissləri ifadə edilmiş, Kəşmir məsələsində Azərbaycanın Pakistanın yanında olduğu bir daha vurğulanmışdır.

Dərc edilmiş məqalələrlə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

http://www.thenews.com.pk/Todays-News-2-207506-Azerbaijan-president-meets-Pak-delegation-after-victory-in-polls

http://www.dailytimes.com.pk/default.asp?page=2013%5C10%5C11%5Cstory_11-10-2013_pg14_1

http://e.jang.com.pk/10-11-2013/pindi/pic.asp?picname=53.gif

http://www.nawaiwaqt.com.pk/E-Paper/islamabad/2013-10-11/page-12

http://www.radio.gov.pk/newsdetail-55008

http://www.lhrtimes.com/2013/10/10/azerbaijan-president-says-he-wants-promotion-of-cooperation-with-pakistan-in-defence-and-trade-fields-202765/#ixzz2h6GH1wFD 

http://dnanews.com.pk/2013/10/ilham-aliyev-sweeps-azerbaijan-presidential-election/

http://centreline.com.pk/?p=2715

http://www.diplomaticstar.net/ilham-aliyev-gathers-84-55-percent-of-votes-in-azerbaijani-presidential-election.html

(AZƏRTAC).

1905.az STUDIO
info@azerbaijan-election.net