Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə bülletenlərinin çapına başlanıb

 

 

Prezident seçkiləri ilə bağlı bu gündən Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çap olunması prosesinə start verilib.

 

APA-nın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılığı ilə MSK rəhbərliyi ilə prosesin başlanması ilə əlaqədar mətbəədə olub.

 

M. Pənahov jurnalistlərə bildirib ki, ümumiyyətlə 5 milyon 149 min 255 bülleten çap olunacaq. Çap olunmuş bülletenlər Dairə Seçki komissiyalarına sentyabrın 30-da təhvil veriləcək.

 

Bülletenlərin çap olunma prosesinə beynəlxalq müşahidəçilər də nəzarətçi kimi dəvət olunub.

 

Ümumilikdə, çap prosesinə isə Xüsusi Dövlət  Mühafizə Xidməti tərəfindən nəzarət olunacaq

1905.az STUDIO
info@azerbaijan-election.net